Şrift:
Elektron imza sahiblərinin sayı artıb
08.06.2013 [12:38] - Sosial
İyun ayının 1-nə Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 13 615 ədəd təşkil edib ki, son bir ay ərzində bu göstərici 14,1% artıb. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) dərc etdiyi «Elektron hökumət» bülletenində deyilir.
Verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 10 372 ədəd düşüb, 265 ədəd hüquqi şəxslərə, 2 978 ədəd isə vətəndaşlara verilib.
İyunun 1-nə olan vəziyyətə görə, təsdiq edilmiş elektron xidmətlərin sayı 417 ədəd təşkil edib, portalda isə 215 elektron xidmətdən istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı 408 ədəd təşkil edir.
Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed