08.06.2013 [12:47] - Sosial
Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1 091,8 mln. manat təşkil edib ki, bu da 5 aylıq proqnoz göstəricisindən 2,4% çoxdur. Fonddan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə icbari dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 4,5% çox olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 13,3% artaraq 594,6 mln. manat təşkil edib.
İcbari dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,7%-i və ya 378,5 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb. Həmin sektorun ödədiyi icbari dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 22,4%, ötən ilin müvafiq dövrünə nisbətən isə 20,9% çox olub.
Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məş?ul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sı?ortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məş?ul olan fiziki şəxslərdən daxilolmalar 49,7%, torpaq pay mülkiyyətçilərindən isə 70% artıb.
Yanvar-may aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 216,1 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi icbari dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1% artıb.
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Yanvar-may aylarında Fondun xərcləri 1 030,9 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 1 012,3 mln. manat yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,8% çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,8% artaraq 988,7 mln. manat təşkil edib. Yanvar-may aylarında əhaliyə 23,7 mln. manat məbləğində müavinət ödənilib.

Bu xəbər oxucular tərəfindən 963 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |