10.06.2013 [10:53] - Gündəm, Hərb
İranın ali dini lideri, Əli Xamneyinin hərbi məsələlər üzrə müşaviri, general Yəhya Rəhim Səfəvi bildirib: “İran özünün də daxil olduğu Qərbi Asiya bölgəsində heç olmasa, 2030-cu ilə qədər siyasi, təhlükəsizlik və iqtisadi baxımdan strateji rol oynayacaq”.
Onun sözlərinə görə, hazırda Qərbi Asiya bölgəsində geopolitik dəyişiliklər baş verir: “Bu gün İran, Türkiyə və İsrail bu bölgənin əsl aktyorlarıdır. ABŞ, Rusiya və Çin isə kənar qüvvələrdir. Bu bölgə 2030-cu ilə qədər dünya güclərinin rəqabət və çəkişmə aparacaqları, həmçinin diqqət göstərəcəkləri mərkəz olacaq”.
Y. Səfəvi deyib ki, İsrail çökməyənədək bölgənin dinclik tapması mümkün deyil: “ABŞ-ın dəstəyini alan İsrail Qərbi Asiya və Şimal Afrikada gərginliyin mənbəyidir. Səudiyyə Ərəbistanı isə 2030-cu ilə qədər çökəcək”.
General vurğulayıb ki, İsrail İran üçün problem yaratdığı anda rəsmi Tehran Hayfa və Tel-Əvivi yerlə bir edəcək.

Bu xəbər oxucular tərəfindən 953 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |