Şrift:
Moskva Tehrana C-300 yerinə Top–M 1E-ni təklif edib
10.06.2013 [11:03] - Hərb
Tehranla Moskva arasında «C-300» Zenit Raket Kompleksi ətrafında söz-söhbət davam edir.
Kreml İrana bu kompleksin qarşılığında Hava Hücumundan Müdafiə sistemi, «Top –M 1E»-ni təklif edib.Ancaq bu təklif Tehranı qane etməyib.
Xatırladaq ki, Rusiya İranan «C-300»-ü verməkdən imtina edəndən sonra İran Rusiyanın Cenevrə məhkəməsinə verərək, «Rosoboroneksport»-a qarşı 4 milyard dollarlıq iddia qaldırıb.

«Rostex» dövlət şirkətinin baş direktoru Sergey Çemezov İordaniyaya səfəri zamanı bu məhkəmədə ölkəsinin udmaq şansının çox az olduğunu etiraf edib.
Qeyd edək ki, «C-300»-lə bağlı müqavilə 2007-ci ildə imzalanıb. 3 ildən sonra BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiyalara qəbul etdi. 2010-cu ilin sentyabrında Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedevin imzaladığı sərəncamla «C-300»-ün İrana verilməsi yolu bağlandı.
Bunun ardınca Tehran Cenevrə məhkəməsinə müraciət etdi.
Qəzet yazıb ki, vəziyyətin gərginləşəcəyini görən Moskva bu səbəbdən Tehrana «C-300» yerinə, «Top- M1E»-ni təklif edib.
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed