Şrift:
“Erməni soyqırımı” hardan qaynaqlandı?! VI Hıssə
15.11.2011 [01:55] - DAVAMın yazıları
Türklərə qarşı cəsuslaşdırılan ingilis yazıçı və qəzetçiləri ( ...biz isə bu yazıçıları sevirik...)


“DAILY NEWS” qəzetinin redaktoru, liberal partiyadan millət vəkili seçılmiş Charles F.Masterman Uellinqton Houza rəhbər təyin edildikdən sonra ingilis ədəbiyyatının öndə gedən 25 yazıçısını öz yanına toplantıya dəvət etdi.

Toplantının məqsədi müharibə dövründə Britaniya imperatorluğunun savaşdakı çıxarlarını, mənfəətlərini, mənafeyini qorumaq, müdafiə etmək idi. Yazıçılara bu təşkilat haqqında heç bir yerə məlumat sızdırılmaması haqqında xüsusi tapşırıq verildi. Dr. Pat Ualş yazır ki,bu gizli yazıçılar komitəsi haqqında xəbər ilk dəfədir ki, ictimayətə açıqlanır. Antitürk ingilis yazıçıları ilə tanış olun;
1. Thomas Hardy,
2. H.G.Wells,
3. John Qalsworthy,
4. Arthur Conan Doyle, (bizim uşaqların sevimlisi-antitürk!..)
5. John Masefield,
6. Arnold Bennet,
7. G.K.Chesterton,
8. J.M.Barrie,
9. G.M.Trevelyan və digərləri (syf. 192).


Dr. Ualş qeyd edir ki, bu toplantı İngiltərə tarixində ən nüfuzlu yaradıcı və akademik bir toplantı idi. Bundan sonra ikinci toplantı qəzetçilərlə oldu;
1. Geoffrey Dawson,
2. Edward Cook,
3. J.L.Garvin,
4. J.A.Spender, və digərləri.


Amerikada yaşayan 13 min nüfuzlu şəxs siyahıya daxil olmaqla aristokratların imzaları ilə nəşrlər yayılmağa başlandı.
Əziz oxucu, yaxşı olar ki, bu siyhıda adları keçən ingilis yazıçı və jurnalıstlərinin tərbiyəsi haqqında bir az düşünəsiniz. Şəxsən mənə elə gəlir ki, bu şəxslər ciddi ailə tərbiyəsi almayıb, təxminən küçələrdə və ya “Milyon funt sterlinq”dən bizə tanış gələn tiyan dibində böyümüşlər. Ciddi istər islam , istər xristian dini ruhunda ailə tərbiyəsi alan adam kişiliyini iblisanə metodlarla pul qazanmağa sərf etməz. “Erməni genosidi” kimi ağ ylandan ibarət bir mürtəce layihəni ciddi ziyalı heç vaxt dəstəkləməz, ona rəvac verməz. Bu Şeytana, Satanaya, İblisə, Şərə, Fitnəyə xidmət etməkdir. Bizdən də tələb edirlər ki, biz Avropaya və ya Qərbə inteqrasiya olaq. Gəlin yaxşıca düşünək, Bu siyahıda adları keçən ziyasıs-nursuz, iblisə, satanaya, şeytana, fitnə-felə, məkrli mənəviyyatsılığa, mənəvi və fiziki fahişəliyə rəvac verən şəxslərlə bir məkanda yaşamağa, elələri ilə şüuru və zövqü paylaşmağa inteqrasiya olmağa dəyərmi?! Elə isə bütün maddi-mənəvi səviyyələrdə ən zəngin Şərqi hara itələyək?!
Bu xəbər oxucular tərəfindən 1144 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed