10.06.2013 [13:37] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin paytaxtı Ankarada bu gün keçiriləcək TÜRKPA-nın Assambleya Şurasının IV iclasında quruma sədrlik rəsmi olaraq Qırğızıstandan Türkiyəyə keçəcək.
Bu barədə TÜRKPA katibliyindən bazar ertəsi bildirilib.
İclasda 4 ölkənin spikerləri - Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədov, Qazaxıstan Parlamentinin sədri Nurlan Nigmatulin, Qırğızıstan Jokorgu Keneşinin sədri Asilbek Jeenbekov, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və Türkdilli Ölkələrin Parlament Asambleyasının baş katibi cənab Ramil Həsənov iştirak edəcək.
Assambleya Şurasının toplantısında TÜRKPA-nın IV plenar sessiyasının gündəliyi qəbul ediləcək, Qırğızıstan tərəfinin sədrliyi dövründə fəaliyyətin nəticələrinə dair məlumat veriləcək, baş katib tərəfindən 2012-ci il üzrə illik fəaliyyət hesabatı və 2014-cü il üçün hazırlanmış büdcə layihəsi təqdim olunacaq, TÜRKPA-nın yeni baş katibi və müavinlərinin namizədliyi təsdiq olunacaq.
Həmçinin toplantıda IV plenar sessiyanın yekun sənədi olan Ankara Bəyannaməsi də müzakirə ediləcək. Qeyd edək ki, Assambleya Şurasının toplantısında TÜRKPA-nın V plenar sessiyasının keçirilmə yeri və tarixi müəyyənləşdiriləcək.
Eyni zamanda, Assambleya Şurası çərçivəsində üzv ölkələrin Parlament sədrlərinin və TÜRKPA baş katibinin Türkiyə Respublikasının Prezidenti cənab Abdullah Gül və Baş nazir cənab Rəcəb Tayyip Ərdoğanla görüşləri nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |