11.06.2013 [10:35] - Hadisə
İyunun 9-da İranın Livandakı səfirliyi qarşısında silahlı hadisə baş verib.
Yerli vaxtla saat 12:00-da sələfi qruplara yaxın olan partiyalardan biri əvvəlcədən elan etməklə İranın Beyrutdakı diplomatik korpusu qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. “Siz Livanlısınız” partiyasının dəvəti ilə bir qrup silahlı şəxs bir neçə avtomobillə səfirliyin yerləşdiyi ərazinin bir kilometrliyinə qədər irəliləyiblər və onlar daha sonra diplomatik korpusa doğru yürüş etmək istəyiblər. Ancaq bu zaman “Hizbullah” və İran əleyhinə şüarlar və lənətlər səsləndirən şəxslər qəfil “qara köynəklilər” tərəfindən mühasirəyə alınıb və qarşıdurma başlayıb. “Qara köynəklilər”in “Hizbullah” üzvləri və Livanda yaşayan Bəşər Əsəd tərəfdarları olduğu bildirilir. “Əl-Nusra” silahlı qruplaşmasına bağlı bir neçə şəxs odlu silahdan istifadə ediblər. Livanın təhlükəsizlik və ordu qüvvələri dərhal vəziyyətə müdaxilə ediblər. Küçədə atışma baş verib və silahlı şəxslərdən biri dünyasını dəyişib. Öldürülən şəxsin kimliyi isə artıq dəqiqləşib. Onun aksiyanı təşkil edən “Siz Livanlısınız” partiyasının üzvü Haşım Süleyman olduğu bildirilir. Bundan əlavə, 10 nəfərin də yaralandığı qeyd olunur.
Qeyd edək ki, “Hizbullah”a müxalif qüvvələr nümayişçilərin məhz “Hizbullah” döyüşçüləri tərəfindən döyüldüyünü vurğulayır.

Bu xəbər oxucular tərəfindən 1027 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |