Şrift:
Ankarada Türk Ölkələrinin Parlament Assambleyasının IV iclası işə başlayıb
11.06.2013 [10:52] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin paytaxtı Ankarada Türkdilli Ölkələrin Parlament Assambleyasının IV ümumi iclası işə başlayıb.
Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edir. Sessiya çərçivəsində əvvəlcə təşkilata üzv ölkələrin parlamentlərinin Aparat rəhbərləri və Assambleya Şurasının IV toplantısı olacaq. Bu gün keçiriləcək əsas sessiyada isə Assambleyaya üzv ölkələr-Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin qanunverici orqanlarının sədrlərinin başçılığı ilə parlament üzvləri, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Mərmərə Qrup Fondu və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Bu xəbər oxucular tərəfindən 839 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed