Şrift:
Milli Dirçəliş Hərəkatı Partiyası tədbir keçirəcək
15.11.2011 [02:05] - Siyasi partiyalar
Tədbirin ikinci hissəsində Milli Dirçəliş Günü bayram şəklində qeyd olunacaq

2011-ci il may ayının 7-dən Milli Dirçəliş Hərəkatı Partiyası ( MDHP ) tələbələr arasında “Ən yaxşı yazı” müsabiqəsi keçirmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunmuş müsabiqədə Azərbaycan universitetlərində təhsil alan Azərbaycanlı və Türkiyəli tələbələr və Türkiyədə təhsil alan Azərbaycanlı tələbələr iştirak etmişdir.
Müsabiqə dörd istiqamət üzrə keçirilmişdir.
1. Azərbaycan-Türkiyə strateji əməkdaşlığını zəruri edən şərtlər.
2. Bir millət iki dövlətdən - bir millət bir konfederativ dövlətə.
3. Bir millət iki dövlət prinsipi ilə Türkiyə və Azərbaycan arasında daha
dərin inteqrasiya modelləri.
4. Dövlətçiliyimizin sütunlarından biri - Türkçülük
Müsabiqənin qaliblərini Azərbaycanda çalışan Türkiyəli müəllimlər və Azərbaycanlı müəllimlərdən ibarət münsiflər müəyyən etmişdir.
Müsabiqənin təqdimat mərasimi 16 noyabr saat 12-00-da Beynəlxalq Mətbuat Mərkəzində qeyd olunacaq. Qaliblər partiya tərəfindən pul mükafatı, xüsusi diplomlarla təltif olunacaqdır. Qeyd edək ki, müsabiqəyə təqdim olunan bütün yazılar kitab halında çap olunmuşdur.
İki saat nəzərdə tutulan tədbirin birinci hissəsi rəsmi təqdimat, ikinci hissəsi isə bədii şəkildə 17 noyabr Milli Dirçəliş gününün bayram şəklində qeyd olunması ilə davam etdiriləcəkdir.
Bu xəbər oxucular tərəfindən 1605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed