Şrift:
Natiq Əliyev: Azərbaycan qazının Avropaya nəqli üçün daha gəlirli marşrut seçiləcək
11.06.2013 [12:20] - Xəbərlər, İqtisadiyyat
Azərbaycanın qaz istehsalçıları tezliklə Avropanın iki qaz marşrutu arasında seçim edəcəklər. Qərar planlaşdırılan layihələrdən hansının daha gəlirli olmasına əsaslanacaq. Bu barədə Vyanada olan Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.
"Şahdəniz" (II mərhələ) qaz yatağının işlənməsi ilə məşğul olan konsorsiumun iyunun sonuna qazın Balkan yarımadası vasitəsilə Avstriyaya gedən "Nabukko", yoxsa Yunanıstan və İtaliyadan keçməklə Transadriatik boru kəməri ilə (TAP) nəql olunacağını elan edəcəyi gözlənilir.
Nazir qeyd edib ki, indi əsas amillərdən biri hansı marşrutun iqtisadi baxımdan səmərəli olmasıdır: "İndi qısamüddətli perspektivdə tərəfdaşlar üçün əsas amil kommersiyadır. Onlar öz investisiyalarından mümkün qədər tez gəlir əldə etməlidirlər".
Təkliflərin seçiləcək boru kəmərinin işini gücləndirəcəyi gözlənilir, digər boru kəməri layihəsi isə yəqin ki heç vaxt həyata keçirilməyəcək.
N.Əliyevin sözlərinə görə, bununla belə, "Şahdəniz" qrupu uzunmüddətli xarakterli məsələlər, o cümlədən hansı marşrutun gələcək müştərilərin daha geniş bazasını vəd edəcəyi məsələsinə baxacaqlar.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropaya nəqli uğrunda iki boru kəməri - "Nabucco West" və TAP rəqabət aparır.
Bu xəbər oxucular tərəfindən 963 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed