11.06.2013 [12:28] - Gündəm, Sosial
Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı mayın 1-nə 1 479,4 min nəfər olub və onlardan 896,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 583,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. «APA-Economics»ə verilən məlumata görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Muzdla işləyənlərin 23,0%-i təhsildə, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3%-i sənayedə, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7%-i tikintidə, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 3,7%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 17,1%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.
Yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 406,8 manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 7,3% artıqdır. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu xəbər oxucular tərəfindən 998 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |