Şrift:
Bu gün Milli Məclisdə beynəlxalq konfrans olacaq
11.06.2013 [15:13] - Xəbərlər
Bu gün Milli Məclisdə “Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir” adlı beynəlxalq konfrans başlayıb. Konfrans Avropa Şurasının “Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində keçirilir. Həmçinin konfrans çərçivəsində təsis olunan Xüsusi Alt Komitənin iclası da keçiriləcək.

Konfransın keçirilməsi ilə əlaqədar Avropa Şurası Parlament Asambleyası (AŞ PA) Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin Xüsusi Alt Komitəsi də yaradılıb.

Tədbirdə Azərbaycandan Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Asəf Hacıyev, Musa Qasımlı və bir sıra QHT rəhbərləri iştirak edirlər.

Konfransa AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin sədr müavini Valeriu Qiletçi, AŞPA-nın məruzəçisi Silvia Eloisa Bone Pero, AŞPA üzvləri Stefan Şennak, Klemens Lammerskitten, Yunanıstan parlamentinin üzvü Maykl Katrinis, o cümlədən UNİCEF-in Bakı ofisinin rəhbəri Mark Herevard qatılıblar.
Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed