Şrift:
Aleksandr Lukaşenko Bakıya gələcək
11.06.2013 [15:18] - Xəbərlər, Gündəm
Belarus prezidenti Aleksandr Lukaşenko bu ilin payızında Azərbaycana rəsmi səfərə gələcək. Bunu Belarus xarici işlər naziri Vladimir Makey Bakıda Azərbaycan prezidenti ilə görüşündə deyib. Səfər ərəfəsində iki ölkə arasında sənaye istehsalına dair yeni birgə layihələr işlənib hazırlanacaq.

Qeyd edək ki, A. Lukaşenko səfər zamanı Belarus səfirliyinin Bakıdakı yeni binasının açılışına da qatılacaq.
Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed