11.06.2013 [21:29] - Xəbərlər, Siyasi partiyalar
Milli Dirçəliş Hərəkatı partiyası “moderator.az”saytını məhkəməyə verir.
Bu gün 11 iyun 2013 cü il tarixdə “moderator.az”saytı Millət vəkili,Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyevin adından ekskuliziv müsahibə yaymışdır - Fərəc Quliyev: “Milli Məclisdə deputatlar iki qrupa bölünür- hörmətli və hörmətsiz”-adlı bu qurama musahibədə millət vəkilinin adından fikirlər yazılmışdır.Yazıda bütün Milli Məclis üzvləri Fərəc Quliyevin dili ilə aşağilanmışdır. Bildiririk ki,bu saytın əməkdaşı Gülnaz Qənbərli günorta saalarında Fərəc Quliyevə zəng etmiş, lakin Fərəc bəy ATƏT-in məruzəçiləri ilə Milli Məclisdə görüşdə olduğunu bildirərək müsahibə vermək üçün musaid olmadığını bildrmişdir. Ancaq axşam saatlarında “moderator.az”saytına baxıldıqda Millət vəkilinin adından bu sayt tərəfindən fikirlər (ekskluziv müsahibə)qoyuldugu məlum olmuşdur. Heç bir əxlaqa sığmayan bu hərəkət Azərbaycanda hələ də səviyyəsiz media və jurnalistlərin olduğunu göstərir. MDHP bu saytı məhkəməyə verəcəyini bildirməklə yanaşı bu hadisədən təəsüfləndiyini bildirir. Biz bir daha bildiririk ki, yazılan “müsahibə”nin Millət vəkili, Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyevə heç bir aidiyyatı yoxdur. “Moderator.az”saytından dərhal qurama “müsahibə”ilə baglı bu təkzibi verməyi tələb edir, bütün özünə hörmət edən mətbuatdan isə bu təkzibi verməklə peşəkar jurnalistikaya ləkə salan bu kimi halları qinamağa çağırırıq.
MDHP mətbuat xidməti.
“moderator.az”saytında qoyulmuş “qurama müsahibəni “olduğu kimi nəzərinizə çatdırırıq.
Fərəc Quliyev: “Milli Məclisdə deputatlar iki qrupa bölünür- hörmətli və hörmətsiz”
“Əgər müraciəti Cəlal Əliyev etsəydi, Qurban Məmmədovu çoxdan azadlığa buraxardılar”
“Milli Məclisdə deputatlar iki qrupa bölünür. Hörmətli və hörmətsiz millət vəkilləri. Əgər müraciət edən Cəlal Əliyev olsaydı, Qurban Məmmədovu çoxdan azadlığa buraxardılar”. Bunu Moderator.az-a Milli Dövlətçilik Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin bir qrup deputatın tanınmış vəkil Qurban Məmmədovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə etdiyi müraciətin cavabsız qalmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu məqsədlə 6 millət vəkilinin müraciət etməsi azdır: “ Görünür, bunun üçün 50 nəfər deputat olmalıdır. Bu vəziyyəti pisləyirik. Amma neyləməli, vəziyyət belədir də... Bir də baxır, bu, deputatlar xahişi kimin üçün edirlər. Vəziyyət belədir”-,deyə o bildirib.
Xatırladaq ki, Milli Məclisin bir qrup deputatı tanınmış vəkil Qurban Məmmədovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Lakin deputatların müraciətinə əhəmiyyət verilməyib.
Qeyd edək ki, müraciəti deputatlardan İqbal Ağazadə, İlyas İsmayılov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı və Vahid Əhmədov imzalayıblar.
Gülnaz Qənbərli

Bu xəbər oxucular tərəfindən 1736 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |