Şrift:
Güney Azərbaycan və kürd sorunu
12.06.2013 [10:36] - Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları
Bu siyasəti dünyanın bütün antitürk mərkəzləri dəstəkləyir

İran, İraq, Ermənistan və eləcə də Rusiya, ABŞ, Avropa dövlətləri Türkiyə, Qafqaz üzrə etnoloji səyasətləri sərgiləyən stukturlar bir araya gələrək Orta Doğu sttategiyasında “kürd kartı”nı fəal şəkildə müdafiə edirlər. XIX yüzilllikdə Fransa, İngiltərə və Rusiya Osmanlı və Qacar imperiyalarını tamamilə çökdürmək planlarını irəli sürəndə erməni, kürd və aysorları bir araya gətirərək, onların yaşadıqları bölgələrdə missioner mərkəzləri yaradaraq onları indiki İraq, Suriya, İran, Türkiyə dövlətlərinin ərazilərində strateji hədəf olaraq antitürk siyasətinə yönəltmişdilər. XX yüzilin ilk iki onilliyində isə bu toplumları silahlandıraraq yüzminlərlə türkün soyqırıma məruz qalmasını həyata keçirmişdilər. XXI yüzildə həmin siyasətlər yenidən gündəmə gətirilmişdir.

Marginal toplum oyunu

Hindistanın Sind vadisindən bir zamanlar indiki Pakistan, Əfqanıstan, İran və Türküstan yaylalarına miqrasiya edən bir sıra bəluc, kürd, lor, gilək, fars, diqor, sirayk, urdu, tattı və digər toplumlar hər zaman bu bölgələrdə dərin strateji hədəfi olan güclərin yanında yer almışlar. Etnoloji baxımdan Hind çayının çevrəsində yer alan Şanqxar, Navabşa, Dadu, Kaşmor, Tattı, Sukkur, Şaaxdadkot, Şeşvan, Mirpur-Xas, Larkana, Şikarpur, Umerkot, Qxotki, Txarparkar, Ranipur, Moro, Tar, Parkar və digər bölgələrdən uzun köç dalğası qismində bu toplumlar əski qaynaqlarda “sinqx”, “sind”, “sint”, sindus” adlandırmışdır. Hind subkontingenti dil ailəsinə aid olan kürdlər yeni ərazilərdə məskunlaşdıqdan sonra, bölgədəki geosiyasi mənada güclü dövlətlərin maşası olmaq kimi strateji mənada aktiv rol oynamışlar. “Zımane kurdi” adı ilə dil ailəsi də məhz bu aspektdən yaranmışdır. Halbuki, kürdlər özlərini fonetik baxımdan əski Sind Vadisi dil ailəsinin tərkib hissəsi olduğunu etiraf etmirlər. Kürdlər geniş qapsamda bir sıra dil ailəsinə bölünürlər. Bunlar kurmancı, sorani, kelhuri, feyli, leki, deyləm, gorani, avromani və zaza dilləridir. Bu dil qrupları arasında fonetik, morfoloji, sintaksist baxımdan xeyli dərcədə fərqlər vardır. Kürdlərə məxsus dil qruplarını ancaq mütəxəssis olanlar bir-birini normal şəkildə anlaya bilirlər. Son yüz ildə kürdlər Orta Doğuda dərin strateji hədəfləri olan dövlətlərin maraq dairəsinə uyğun şəkildə yönləndirilməkdədirlər. Anadolu və Güney Azərbaycan, Suriya və İraqda çılpaqlığı ilə bu prosesləri müşahidə etmək mümkündür. Kürdləri əşirət yaşam tərzindən toplumsal siyasətə yönəldərək bölgənin coğrafi düzənini dəyişmək, doğal zənginliklərini yağmalamaq hədəflərinə nail olmaq üçün onlardan daha çox yararlanma strategiyası irəli sürülməkdədir. Bunu beynəlxalq güclər “kürdlərin öz milli dərki” kimi qələmə verməklə həyata keçirirlər. Halbuki, ötən yüz illik siyasətdə kürdlərə dayaq olanlar onları vahid etnosda birləşdirə bilməmişlər. Çünki bunu etnoloji, konfessional və kulturoloji baxımdan passionar müstəviyə çıxarmaq çox çətindir və qeyri mümkündür. Fərqli dinlərə, dil törəsinə, etnoloji psixologiyaya malik olan əşirət təfəkkürlü kürdlər türk, fars, ərəb, dari, sinqx və sanskrit mədəni irsinin hətta ibtidai formasından evolyusiya proseslərini belə keçməmişlər. Dünyanın böyük gücləri bu toplumdan yararlanaraq yüz ildir Orta Doğuda geniş miqyaslı sömürgə siyasətini aparırlar. XXI yüzillikdə bu prosesin etnik coğrafi hüdudlar çərçivəsində inkişaf doktrinası irəli sürülməkdədir. Yüzillərdir bütün toplumlarla birgəyaşam tərzinin etnoloji mənzərəsi dəyişməkdə, hətta onların arasında savaş durumu həddinə qədər proseslər böhran həddinə çatmışdır. Bunun qarşılığında kürdlər marginal duruma düşmüşlər. Onlar faktiki olaraq qonşu toplumlarla düşmənçilik siyasətinə yuvarlanmaqla öz gələcək statuslarının bəlirsiz olmasının belə fərqində deyillər.

Etnocoğrafi siyasətdə “kürd kartı”

Orta Doğu siyasətində kürdlərin milli dərk və digər hegemon toplumlar tərəfindən inkar olunması faktorunu daim qabardan beynəlxalq güclər əslində aqrar bölgə statusundan sənayeləşmə və qlobal güc statusunu qazanmaqda olan Türkiyə, Orta Asiya və Azərbaycan məsələsinin qarşısını almaq üçün İraq, Suriya və İranda türkləri inkar doktrinasını tətbiq etməyə çalışırlar. Bu prosesdə daha çox Güney Azərbaycan faktoru beynəlxalq güclər üçün strateji əhəmiyyət daşıyır. Çünki, İraqda 3.5 milyon və Suriyada 3 milyon türk toplumu yaşadığı halda, Güney Azərbaycan türklərinin sayı 30 milyondan çoxdur. Genoloji və kulturoloji baxımdan tarixi dəyərlərə və faktorlara söykənməklə öz etnocoğrafi məkanına sahib çıxa biləcək Güney Azərbaycan istənilən an bu dəyərlərə təbii baxımdan yiyəlik edə bilər. Bu, Anadolu, Orta Asiya, Qafqaz və İran yaylalarında üç min ildən çox dövlətçilik ənənələrinə malik türklərin uzlaşmasında “kürd kartı” adı altında böyük güclərin siyasi coğrafiya düsturunun qarşısının alınması deməkdir.
Hal-hazırda Almaniya, Fransa, İsveç, ABŞ, İngiltərə, İtaliya, Kanada, Belçika, Rusiya, Hollandiya, Danimarka, Çin, İsrail və digər dövlətlərdə yaradılmış “kürd institut”larının sayəsində Türkiyədə 200 min kv.km., İranda 160 min kv.km., İraqda 75 min kv.km. və Suriyada 15 min kv.km ərazilərin kürdlərə məxsus olması, bu torpaqların “Kürdüstan” adı ilə elan edilməsi tipli hədəflər irəli sürülməkdədir. Bütün bunlar azmış kimi, bölgədə yaşayan kürdlərin toplam 40 milyon nəfər olması da iddia edilir. Beynəlxalq güclər isə bunu “Güney-Batı Asiya” projesi olaraq adlandırmışlar. Kürdlərin bu projedə yer alması üçün, həmin institutlar Orta Doğuda geostrateji proseslərin mərkəzində olması tipli hədəflərə hesablanmış yeni texnologiyalar və innovasiyaları tətbiq etməyə başlamışdır. Onlar üçün yeni coğrafi hüdudlar, tarix, milli azadlıq hərəkatları, hətta ən əski dövlətçilik ənənələrinə malik olmaları haqqında elmi əsərlər belə yazılmaqda, əski Şumer, Urartu, Hurrit, Akkad, Mesopatamiya, Elam, Huti, Lars, Lidiya və Maday dövlətlərinin kürdlərə məxsus olması iddia edilir. Bu institutların arxa baxçası olan dövlətlər “Kürdüstan” projesinin gerçəkləşdirilməsi üçün kadrlar hazırlamaq, vətəndaş cəmiyyətləri qurmaq, hətta siyasi partiyalar yaratmaq kimi prosesləri son 60 ildə gündəmə gətirmişlər. XIX yüzildə baş vermiş karvanların soyulması, bir sıra lokal xarakterli üsyanlar kürdlərin milli azadlıq hərəkatı kimi yozulmaqdadır. Guya kürdlərə məxsus xanlıqlar, əmirliklər mövcud olmuşdur və bu onların dövlətçilik hüququ ilə tam üst-üstə düşür. Halbuki, Osmanlı və Qacar türk imperiyalarının çökdürülməsi və dünya ağalığı siyasətini irəli sürən Qərbin silah, maliyyə və siyasi dəstəyi ilə bir sıra kürd üsyanları baş vermişdir. Əsas məqsəd isə dünyada siyasət və iqtisadiyyatın uzlaşması, bunun sayəsində neft strategiyasının sömürgə güclərinin hədəflərinə hesablanmış proseslərə sahib çıxması bir şərt olaraq görülürdü. XX yüzillikdə Orta Doğu bölgəsində yeni dövlətlərin yaradılması neft və qazla, digər iri təbii sərvətlərə malik olan ərazilər də Qərbin nəzarətinə keçdi. Kürd əşirətləri bu prosesdə qolçaq oynununda (kukla teatrı deməkdir) olduğu kimi bölgəsəl lokal savaşlara yönləndirildilər. Çünki, bu tip savaşlar əşirət liderlərinin başlıca gəlir mənbəyinə çevrilmişdi. İndi Orta Doğuda baş verən yeni siyasətdə “kürd masası” bölgənin “kiçik etnoslar” tərəfindən idarə olunması strategiyası bir hədəf olaraq görülür. Buna görə də etnocoğrafi siyasətdə “kürd kartı” hegemon dövlətlər üçün başlıca hədəflərə çevrilmişdir.

Urmu bölgəsinə uzanan xain əllər

Güney Azərbaycanın Urmu bölgəsi İran, Orta Doğu, Anadolu və Qafqaz yaylaları siyasətində ən strateji nöqtə hesab olunur. Çünki, bu yaylaların mədəni tarixinin izləri ən çox Urmu bölgəsində qorunub saxlanılmışdır. Zaman-zaman dünyanın böyük mədəni qatının Ağrı Dağı çevrəsində olmasını arxeoloqlar və kulturoloqlar əski inanc kultunun konfessional təməl baxışlarının ilkin qaynağı olmasını elmi şəkildə sübut etmişlər. Ağrı Dağı çevrəsində isə Urmu, Naxçıvan, İrəvan, Ərzurum, Qars, İqdır, Qarabağ, Borçalı və digər bölgələr çox mühüm strateji əhəmiyyət daşıyır. Maddi-mədəniyyət abidələrinin ən əski nöqtəsi və inanc kultlarının dəyəri məhz Urmu bölgəsində qorunmaqdadır. Ancaq, heç kimsə Ağrı Dağı çevrəsində prototürk mədəni qatlarının ən üstün səviyyədə olduğunu etiraf etmək istəməmişdir. Elə buna görə də, bölgənin erməni, assur, sonra isə kürdlərə məxsus dəyərlər üzərində kökləməklə, bu toplumları hər zaman türklərə qarşı yönləndirmişlər.
2003-cü ildə dünyanı təkəl (monopoliya) siyasətlə idarə etmək üçün İraqın işğalı, bunun ardınca “Quzey İraq Kürd Muxtariyyatı”nın elan edilməsi, sonucda Türkiyə və Güney Azərbaycana qarşı “kürd bölücülüyü” siyasəti aktiv şəkildə irəli sürülməsi ilə müşahidə olunmaqdadır. Bu prosesə Səudiyyə Ərəbistanı və Kəngər (yalnış olaraq İran adı ilə tanınır) Körfəzindəki monarxiya dövlətləri qismində Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, İordaniya tipli dövlətlər səfərbər olunmuşlar. Tunis, Əlcəzair, Misir, Liviya və Suriyada baş vermiş üsyanlardan qorxuya düşən həmin dövlətlər BOP (Böyük Orta Doğu) planına uyğun “Kürdüstan” projesini tələb olunan miqyasda dəstəkləmək zorunda qalmışlar. Orta Doğudakı diktator ərəb rejimlərini neft, dini təriqət, coğrafi məkan, iqtisadi və maliyyə sektorunda ənənəvi tərzdə daim çökdürmə hədəflərini irəli sürən İran faktoruna diqqətlərin yönəlməsi, onları İraqda olduğu kimi, İran siyasətində “Kürdüstan” projesinə dəstək vermək kimi amillər çox maraqlandırır. Eyni zamanda bu projeni daha geniş miqyasda həyata keçirmək, Güney Azərbaycanın tarixi ərazilərinin “Kürdüstan”a birləşdirilməsi projelərinə maliyyə dəstəyinin verilməsini hədəfə almışlar. Faktiki olaraq, “İran Kürdüstan”ını beşinci kolon statusuna çevirmək strategiyası idarəolunmaz duruma gətirilməkdədir. Etnosiyasi hədəf olaraq, Tehranın qatı fars şovinist siyasətini aparan mollakratiya rejimi bu prosesdə çox aciz duruma düşmüşdür. Çünki, hənəfi kürdlərə ərəblər öz təriqətçi qardaşlarına maliyyə dəstəyi verməkdə özlərini suçlu hesab etmirlər. Elə bu maliyyə axınlarının sayəsində son illər Urmu, Qəzvin, Həmədan və digər Güney Azərbaycan bölgələrində kürdlərin sayı sürətlə artmaqdadır. Onlar əllərindəki maliyyə resursları sayəsində iri torpaqlar və digər mülkləri, istehsal vasitələrini, ticarət şəbəkələrini ələ keçirməyə başlamışlar. Belə bir taktika ilə həm də dağlıq ərazilərdən kürdlərin miqrasiya axınlarına dəstək verilir. Getdikcə çürüməkdə olan Tehran teokratik rejiminin tam çökməsi hədəflərini diqqətlə izləyən antitürk mərkəzlər Güney Azərbaycanın var olmasını əngəlləmək üçün elə buna görə kürdlərin yanında yer almışlar.

(ardı var)

Güney Azərbaycan Strateji Tədqiqatlar İnstitutu (GASTİ)
Bu xəbər oxucular tərəfindən 1379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed