Şrift:
Mahnı Turanlı: “İran rejiminin, Güney Azərbaycan ziyalılarının Azərbaycana qarşı olması ilə bağlı yaratmaq istədiyi fikir iflasa uğrayacaq”
15.11.2011 [02:14] - Güney Azərbaycan-Təbriz
Güneyin, türklüyü ilə qürur duyan inanclı ziyalısının Azərbaycan dövlətinə qarşı çıxması mümkün deyil


Bu sözləri “Davam”a Norveçdən Güney Azərbaycan Qadın Hərəkatının tanınmış simalarından olan, şairə Mahnı Zəncanlı (Turanlı) İran hakimiyyətinin guya Təbriz ziyalılarının Azərbaycan hakimiyyətinə qarşı olmaları ilə bağlı yayımlanan bəyanatı şərh edərkən bildirib.
“İran rejiminin guya Güney Azərbaycan ziyalılarının Azərbaycana qarşı olması ilə bağlı yaratmaq istədiyi fikir iflasa uğrayacaq. Çünki, güneyin türklüyü ilə qürur duyan və inanclı ziyalısının Azərbaycan dövlətinə qarşı çıxması mümkün deyil. Belə düşüncə, yanaşma güney ziyalılarına yaddır və gələcəkdə də bu istiqamətdə aparılan təbliğat İranın özünə qayıdıb dəyəcək”,-deyə, Mahnı Zəncanlı qeyd etdi.
Mahnı Zəncanlı, İranın hansı addım atmasından asılı olmayaraq, Azərbaycan dövləti gücləndikcə, Tehranın anti-azərbaycan addımlarının nəticə verməyəcəyini bildirdi.
“İran rejiminin əsas qorxusu Azərbaycanın güclənməsidir və Azərbaycan gücləndikcə, Güney Azərbaycana böyük təsir edir. Bu gün güney Azərbaycan şimali Azərbaycandan azadlıq və istiqlal nəfəsi alır ki, bu da Tehranı narahat etməyə bilməz”deyə, Mahnı Zəncanlı vurğuladı.

Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed