Şrift:
Türkiyəni məhv etmək istəyirlər...
12.06.2013 [12:26] - Gündəm, Siyasət
Vəfa Quluzadənin sözlərinə görə, Türkiyənin sonu Azərbaycan üçün ölüm-dirim məsələsidir

“Türkiyənin sonu Azərbaycan üçün ölüm-dirim məsələsidir”. Bu fikri politoloq Vəfa Quluzadə ifadə edib. O qeyd edib ki, Türkiyəni parçalama halları Azərbaycan üçün böyük təhlükədir.

“Bu ideya havada fırlanır, amma heç kim bilmir ki, bu nə cür həyata keçiriləcək. Suriyanı, Misiri, Liviyanı darmadağın etdikləri kimi Türkiyəni də məhv eləmək istəyirlər. Türkiyəni darmadağın edib, ermənilərə də ərazi iddası üçün şərait yarada bilərlər. Türkiyəyə ərazi iddiaları həyata keçiriləndə, Azərbaycan bütün şanslarını itirəcək. Bizim regionda yeganə dayağımız Türkiyədir. Türkiyənin bölünməsi bizim ölüm-dirim məsələsidir. Bu baxımdan Türkiyənin sonu Azərbaycan üçün böyük təhlükədir”, - deyə o vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1089 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed