Şrift:
MOSSAD Türkiyəyə gizli məlumatlar ötürdü
12.06.2013 [15:06] - Xəbərlər, Gündəm
Qurumun rəhbəri Tayyib Ərdoğan görüşmək istəsə də, hələlik buna nail ola bilməyib


Xüsusi təyyarə ilə Türkiyə gələn MOSSAD rəhbəri Təmir Pardo türkiyəli həmkarı, Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidanla görüşüb. Pardo həmkarı ilə Suriya və Taksim meydanında baş verənləri müzakirə edib.Türk mətbuatı xəbər verir ki, görüş zamanı Pardo həmkarına bəzi məlumatlar ötürüb. Konkret olaraq o, İran İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı “Əl Muhaberat” təşkilatı ilə birlikdə Türkiyə əleyhinə fəaliyyət göstərdiyini deyib.

Sonda T. Pardo baş nazir Tayyib Ərdoğanla görüşmək üçün ona müraciət edib. Hələlik Tayyib Ərdoğan müraciətə müsbət cavab verməyib.
Bu xəbər oxucular tərəfindən 852 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed