Şrift:
Millimizin sabiq futbolçusunun komandası dağıldı
12.06.2013 [16:21] - İdman
Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Zeynalovun şərəfini qoruduğu Ukraynanın “Krımteplitsa” komandası dağılıb. Məlumatına görə, Molodejnoe təmsilçisi I liqada çıxış etməyəcək.

Rəhbərlik əsas komandanın buraxılmağı haqda qərar çıxarıb. İndi klub gənc futbolçuların yetişdirilməyinə və müxtəlif uşaq turnirlərdə iştirakına diqqətini yönəldəcək.

Zeynalovun komandası ötən çempionatda 35 xalla 14-cü olub. Ruslan isə artıq nəinki komandasını, ölkəsini dəyişərək, Belarusa gedib. 31 yaşlı yarımmüdafiəçi “Belşina”nın oyunçusudur.

Qeyd edək ki, 2 müxtəlif dövrdə “Krımteplitsa”da oynayan, 54 oyunda 9 qol vuran Ruslan millimizin baş məşqçisi Berti Foqtsun ilk matçlarında cəlb olunub.
Bu xəbər oxucular tərəfindən 968 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed