13.06.2013 [00:12] - Gündəm, DAVAMın yazıları
Xalq olmağın ölçüsü – İnsan olmaqdır.
İnsanlığa yetməyən – Xalqlıq imkanına yetə bilməz.
Xalq olmağın özülü – Mütləq məsuliyyətdir. Mütləq məsuliyyətə yetmək – faciəviliyi aşmaq, fəlakətdən güc almaq, ulusal inam, uğur qaynagı olmaq deməkdir.
Yadlığa əsaslanan xalq – var olmur. Xalqyaratma – özünüyaratmadan başlayır.
Özünüyaratma kamilliyinə yetən – xaqyaratma aqibətinə yetir.
Yetkin fərdlər – yetkin xalq yaradırlar. Bundan qıraqda “öz-özünə yaranan, yaradılan” xalq yoxdur.
Xalq – mahiyyət hadisəsidir, o, daim öz ulusal mahiyyəti üstə yenilənir. Zamanlar, şəraitlər dəyişir, xalqın mahiyyəti dəyişmir. Dəyişən xalqın üzdəki cəhətləri olur.
Xalq mahiyyəti ölmür, itmir, yoxa çıxmır, müəyyən dönəmlərdə dərinlərə çəkilir. Xalqı var edən insanların dəyanəti, ərdəmliyi bu məqamda bilinir.
Ya xalq kimi var olacağıq, möhtəşəm imkanlarımızı üzə çıxaracağıq, ya da təbii şəkildə yoxluğa gedəcəyik.
Var olmaq imkanımız tükənməzdir. Yoxluğa getmək haqqımız isə yoxdur.
Dünyanın çağdaş, sivil sayılan qaydasıyla var ola bilməyəcəyik. Çünki dünyanın “varolma qaydası” xalqları yox etmək üçündür. Dünyanın gözqamaşdıran maddi inkişaf selində xalqları yox eləyirlər, kürəsəlləşmə həşəmətinin gəlişini yaradırlar, ömürləşdirirlər, “məntiqiləşdirirlər”.
Kürəsəlləşmə – xalqsızlıqdır. Xalq olmayanda – bəşər də olmur. Xalqsız bəşər – sürüdür.
Bəşəri inkişaf – insani inkişaf prinsiplərinə əsaslanmalıdır. Yalnız insanlaşan var olandır. İnsanlaşan – mütləqilik (əzəlilik, əbədilik, sonsuzluq, kamillik) ölçüsündə insanilik imkanlarını aşkarlayır, xalq ünvanı, qaynağı olur.
Siyasi, iqtisadi, mədəni inkişafın qaynağı – özümlüyünə yetmiş insanlardır.
Vicdançılığa, təmənnasızlığa, fədakarlığa yetən xalqı var edir. Xalq canlı hadisədir. Deməli, xalqyaratma ardıcıl, heç vaxt bitməyəcək kutsal işdir. Xalqyaratma dayansaydı, xalq olmazdı, tükənərdi, kütlələşərdi. Kütlələşən – fərdləşmir, xalqsızlaşır.
İnam Ata (Asif Ata) yazır: “Xalqı Xalq eləyən üç keyfiyyətdir: Etnik Birlik, Mənəvi Birlik, Ərazi Birliyi. Etnik Birlik – Xalqın yaranması, Həyata gəlməsi, İrqi xüsusiyyətləri ilə bağlıdır. Mənəvi Birlik – Dini, Fəlsəfi, Bədii Sərvətlərlə nəsildən nəsilə keçən, sabit Adət-Ənənələrlə əlaqədardır. Ərazi Birliyi – Vətən anlayışının coğrafi Mənasıyla, Xalqın yaşadığı ümumi məkanı ifadə edir”.
Ocaqçının kutsal işi – yarandığı dərəcədə ulusu var etməkdir. Asif Ata Ocağı illərdir ki, İnam Atanın yaratdığı Ocaq Bayramlarını möhtəşəm hünərlə gerçəkləşdirir. “Xəlqilik” Bayramı ildə keçirilən 4 Ocaq Bayramından ikincisidir. Bayramın mahiyyəti yetkin xalq yaratmaqdır. İnsan olmalıdır ki, xalq da yaransın. Bu, o deməkdir ki, İnsan ruhunu yaratdığı, kamilləşdiyi, müqəddəsləşdiyi dərəcədə də Yurdunu yaradacaq. Ocaq bayramları insaniliyin müqəddəs odunu, soraqlarını Atayurda və dünyaya yayır.
Bəşər – insanlıq, ruhanilik acıdır. Bu gün insanlıqdan qıraqda baş verən nə varsa, onun gələcəyi yoxdur. Əslində adamlar Ocaq bayramlarında özlərinin sonsuz imkanlarını görürlər. Adətən ictimai mühitdə qaydalaşmayan, ənənələşməyən nə varsa, adamlara qəribə, haradasa həzmolunmaz görünür. Ocaq bayramlarımız ömürləşdikcə gərəkliyi daha artıq bilinəcək.
İnsanlıq sorağı ağlına, ürəyinə çatanlar! Ağlınızın, ürəyinizin qapısını İnsanlığa açın!
Ocaq Bayramlarının qorunu ürəyində gəzdirən özünə qovuşur, Xalqa qovuşur. Xalqı Ocaq yaradır. Ocaqçının bir adı da Xalqçıdır.
Mütləqə İnam dünyabaxışının ömürləşmə mərhələsini yaşayırıq. Atanın istədiyi səviyyədə xalq ola bilmək imkanımız var. Ata həmişə yalnız çətin yolu doğru yol sayırdı. Xalq – fərdlərin mahiyyətə bərabər yaşamasıdır əslində. Ən yaxşı sayılan ideologiya belə zamançılıqdan, şəraitin diktəsindən qurtula bilmir. Mütləqə İnam dünyabaxışı xalqın mahiyyətini tam ifadə edir.
Xalq özünün varlığını bayram etməlidir. Özünü unudan xalq var ola bilməz. “Xəlqilik” Bayramı – xəlqi dəyərlərin bayramıdır, xalq biçiminin qorunmasıdır.
Xalqımızı mütləq var etmək üçün hər birimiz Mütləqə İnam dünyabaxışı əsasında var olmalıyıq. Ocaq ulusal ruha, Mütləqə İnama, insaniliyə uyğun gələn nə varsa, özünü onların mənəvi yiyəsi sayır, onu qoruyur, sabaha çatdırır.
“Xəlqilik” Bayramında Atanın sözünü çatdırırıq: «Xalqlaşın, Xalqlaşdırın!» Qaydaya görə, Ocaqçılar and içirlər: «Xalqa and olsun, Xəlqiliyə xidmət edəcəyəm!»
Bayram ənənəmiz yaranır – xalqımızın, bəşərin bundan sonrakı çağını mənalandırmağa, yaşatmağa qadirliyimiz təsdiq olunur.
Ulusumuzu və bəşərimizi “Xəlqilik” Bayramı münasibətilə kutlayıram.
Atamız var olsun!
12 Dözüm günü, Közərti ayı 35-ci il.
(12.6.2013). Atakənd.

Bu xəbər oxucular tərəfindən 1274 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |