Şrift:
Qasırğa Çikaqoda 25 min evi işıqsız qoyub
13.06.2013 [09:24] - Gündəm, Hadisə
Çikaqo şəhərində ötən gün tüğyan edən güclü qasırğa 25 min evi işıqsız qoyub, Oxara aeroportunda 400-dək aviareys təxirə salınıb.“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə “CBS Chicago” telekanalı məlumat yayıb.

Tennis topu ölçüsündə dolu və güclü külək ağacları yıxıb, elektrik naqilləri qırıb.

Polisin məlumatına görə, təbii hadisə nəticəsində xəsarət alan yoxdur. Corciya, Texas və İllinoys ştatlarının bir neçə dairələrində tornado xəbərdarlığı elan olunub.
Bu xəbər oxucular tərəfindən 1098 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed