15.11.2011 [12:09] - Gündəm
İranda ərzağın bahalaşması sosial partlayışa səbəb ola bilər
«The Financial Times» qəzeti yazır ki, bugünlər İranda yaşayanların diqqəti bu ölkəyə qarşı gözlənilən yeni sanksiyalar hətta hərbi əməliyyatlar ehtimalı ilə yanaşı, həm də ərzağın qiymətinin sürətlə artmasına yönəlib.
Mərkəzi Bankın rəhbəri Mahmud Bəhməni dünən bildirib ki, ölkədə illik inflyasiya 19,1 faizdir. Lakin iqtisadçılar, market sahibləri və istehlakçılar deyirlər ki, qiymətlər hökumətin elan etdiyindən dəfələrlə çox artıb.
YUMURTANIN QİYMƏTİ YARIBAYARI ARTIB
Mağaza sahibləri deyir ki, iyun ayından südün qiyməti azı 30 faiz, pendir və yağ 40 faiz, yumurtanın qiyməti isə 50 faiz artıb. Təbriz şəhərinin sakini Naidə "Azadlıq" radiosuna deyib ki, qiymətlər çox artıb. Adamlarsa artıq bu bahalaşmaya öyrəşib: «Qiymətlər bahalaşıb. Əgər bir neçə ay əvvəl yumurtanı 200 tümənə (təxminən 1.5 qəpik) alırdıqsa, indi 300 tümənə (təxminən 2 qəpik) alırıq. Hər şey bahalaşıb. Bahalıq hər şeydə hiss olunur. Camaat buna öyrəşib».
Elə «The Financial Times» qəzeti də yazır ki, on illərdir İranda əhali ikirəqəmli inflyasiyaya öyrəşib. Ötən ilin dekabrından (December) hökumətin həyata keçirdiyi islahat proqramı elektrik enerjisi və digər kommunal (qaz, su və ekektrik xərcləri) xərclərə görə dövlətin ayırdığı subsidiyaları (subsid) kəskin azaldıb. Bu da həyat şəraitini olduqca çətinləşdirib.
Müşahidəçilərin çoxu isə bildirir ki, bu, sosial iğtişaşlara gətirib çıxara bilər. Qiymət artımının təsirini azaltmaq üçün İran deputatları (millət vəkili) daha çox ehtiyacı olan ailələr üçün kiçik aylıq ödənişlər müəyyən edib. Prezident Ahmədinejad hökuməti isə parlamentin müəyyən etdiyi həmin məbləği ikiqat artırıb. Üstəlik, həmin aylıq ödənişi təkcə ehtiyacı olanlara yox, bütün İran vətəndaşlarına şamil edib.
Deputatlar və iqtisadçılar isə Əhmədinejadın bu səxavətli addımını tənqid edir. Onlar bildirir ki, həmin addım inflyasiyanın sürətlənməsinə, büdcə kəsirinin artmasına səbəb olacaq. Bununla belə aylıq ödənişlər hələ davam edir. Əhalidə isə narazılıq azalmayıb.
36 MANAT BİR GÜNLÜK BAZARLIĞA ÇATIR
Orta təbəqəyə aid bir ailədə evdar qadın olan Simin deyir ki, «bir neçə ay bundan əvvələ qədər 50 min tümən (təxminən 36 manat) üç günlük bazarlığa bəs edirdi. İndi isə həmin məbləğ bir günə çatır. Bu dəhşətdir».
Rejimin tənqidçiləri isə yeni iğtişaşların mümkünlüyü haqqında xəbərdarlıq edirlər. Onlar deyirlər ki, ailələrə ödənilən aylıq nağd ödənişlər etiraz aksiyalarını yalnız təxirə salıb. Keçmiş hökumət rəsmilərindən biri deyir ki, gec-tez İranda iqtisadi səbəblərə görə kortəbii etirazlar baş qaldıracaq. Ciddi beynəlxalq təzyiqlərlə üz-üzə qaldığı vaxtda hökumətin həmin problemi aradan qaldırması daha da çətin olacaq.
İran Azərbaycanda terror əməliyyatına hazırlıq görüb
Amerikanın xüsusi xidmət orqanları İran kəşfiyyatının Azərbaycanda həyata keçirməyə hazırlaşdığı şok planların (tərh) üstünü açıb.
Los Angelesdən on-line yayımlanan “Fox 11" telekanalının dünən yaydığı anonsda deyilir ki, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) xüsusi xidmət orqanları noyabrın 13-ü İran kəşfiyyatının bəzi ölkələrdə, o cümlədən Azərbaycanda planlaşdırdığı siyasi qətllərin üstünü açdıqlarını elan edəcəklər. Telekanalın yaydığı anonsa görə, ABŞ Federal Təhqiqatlar Bürosu bu planın üstünü açıb. Məlum olub ki, planı İranın İnqilab Keşikçiləri Korpusunun (Sepah) rəhbərliyi hazırlayıb, onun həyata keçirilməsinə isə İKK-nin məxfi agentləri cəlb olunub. Xəbərə görə, İran xüsusi xidmət orqanlarının agentləri bu siyasi qətlləri meksikalı narkodilerlərin köməyi ilə həyata keçirməliydi.
Sui-qəsd planlarının hazırlandığı ölkələrə Azərbaycandan əlavə Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və İraq da daxildir. “Fox 11" qeyd edib ki, tamaşaçılara İran xüsusi xidmət orqanlarının əmrində fəaliyyət göstərən cinayətkar qruplaşma və onun planları barədə geniş informasiya veriləcək. Bu veriliş noyabrın 14-də, bazar ertəsi yayımlanacaq. Anonsdan məlum olur ki, İran rəhbərliyi iddiaları rədd edir. İranın dini lideri ayətullah Xamneyiyə istinadən bildirilir ki, bu iddialar Amerika xüsusi xidmət orqanlarının ”uydurmasıdır" və onun ölkəsinin qonşularla münasibətlərini korlamağa, beynəlxalq miqyasda onun barəsində mənfi rəy formalaşdırmağa yönəlib.
Qeyd edək ki, bu günlərdə ABŞ FTB-si (Federal Təhqiqatlar Bürosu) İran xüsusi xidmət orqanlarının Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirini öldürmək planının üstünü açdığını, bu sui-qəsdi həyata keçirməli olan iranlı məxfi agentin həbs olunduğunu elan edib. Nəticədə İranla ABŞ arasında münasibətlər daha da gərginləşib. FTB müəyyən edib ki, Səudiyyə səfirini öldürmək tapşırığı alan iranlı agent İnqilab Keşikçiləri Korpusundan göstəriş alıb, o planı həyata keçirmək üçün meksikalı narkotik tacirlərindən biri ilə sövdələşmə əldə etmək istəyib. Lakin plandan xəbər tutan Amerika xüsusi xidmət orqanları öz məxfi agentini meksikalı narkodiler adı altında iranlı agentlə görüşə göndərib, nəticədə plan ifşa olunub. İran xüsusi xidmət orqanlarının Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə siyasi qətllər planlaşdırması və bunun üstünün ABŞ FTB-si tərəfindən açılması isə daha səs-küylü hadisə sayıla bilər. İran xüsusi xidmət orqanlarının müxtəlif vaxtlarda Azərbaycanda terror aktları (əməl) planlaşdırdığı, bunların qarşısının necə alındığı məlumdur. Məsələn, 2008-ci ildə İranın İnqilab Keşikçiləri Korpusunun “Hizbullah” vasitəsilə Bakıdakı İsrail səfirliyini partlatmaq cəhdi kimi. Bu cəhdin qarşısı da ABŞ kəşfiyyatının köməyi ilə alınmışdı.
İndi isə İranın siyasi qətllər törətmək planlarından gedir. Bəs İranın ölüm siyahısında kimlər yer alıb və ya ala bilərdi? Belə görünür ki, söhbət həm də ölkə rəhbərliyində yer alan şəxslərə qarşı mümkün sui-qəsd planlarından gedir. Çünki İran dini liderləri, generalları və rejimin digər təmsilçiləri son vaxtlar dəfələrlə Azərbaycan rəhbərliyini hədələyən bəyanatlar veriblər. Eyni zamanda, istisna deyil ki, İran xüsusi xidmət orqanları ölkəni qarışdırmaq üçün həm də müxalif siyasi liderlərə qarşı sui-qəsd hazırlaya bilərdi. Hər halda belə görünür ki, “Fox 11" telekanalının anonsunu verdiyi təhqiqat kifayət qədər böyük səs-küyə səbəb olacaq. Bu qalmaqal İranın nüvə fəaliyyətləri ilə bağlı artan gərginlik və müharibənin yaxınlaşdığı haqda xəbərlərin yayıldığı bir vaxta təsadüf edir.
TƏBRİZ İNQİLAB MƏHKƏMƏSİ RÜQƏYYƏ HƏSƏNZADƏNİ AZADLIQDAN MƏHRUM EDİB
İranda azərbaycanlıların haqları uğrunda hərəkatın qadın fəallarından olan Rüqəyyə Həsənzadə azadlıqdan məhrum olunub. Təbriz İnqilab Məhkəməsi onu ümumi asayişi pozmaqda, qanunsuz aksiyalara qatılmaqda və İran hökumətinin əleyhinə çağırışlar etməkdə günahlandıraraq 91 gün həbs və 20 zərbə şallaq cəzalarına məhkum edib.
Ancaq Rüqəyyə Həsənzadə məhkəmədə ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edib. Bu baxımdan məhkəmə qərarın icrasını iki il müddətinə təxirə salıb. Belə ki, azərbaycanlı fəal bu müddət ərzində siyasi fəaliyyət göstərərsə və bu səbəbdən həbs olunarsa, onun barəsində çıxarılmış qərar icra ediləcək. Hətta indiki cəzası məhkəmənin çıxaracağı digər cəzanın üzərinə əlavə olunacaq.
Qeyd edək ki, Rüqəyya Həsənzadə sentyabrın 3-də Təbriz şəhərində Urmu gölünün qurumasına İran hökumətinin laqeyd münasibətinə etiraz əlaməti olaraq keçirilmiş aksiya zamanı İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunmuş, bir həftə təcridxanada saxlanıldıqdan sonra 10 min ABŞ dolları (10 milyon tümən) qarşılığında zaminə buraxılmışdı.
OBAMA BƏYAN EDİB Kİ, İRANIN NÜVƏ SİLAHI YARATMAQ İDDİASI YOXDUR
ABŞ prezidenti Barak Obama noyabrın 13-də Qonoluluda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunda deyib ki, İranın nüvə silahı yaratmaq iddiası yoxdur.
Obama Çinin və Rusiyanın da bu fikirdə olduğunu və yaxın vaxtlarda İranla bağlı məsələlərin müzakirəsini digər ölkələrin liderləri ilə davam etdirməyi planlaşdırdığını vurğulayıb.
İranın nüvə proqramı ətrafında yaranmış problemin diplomatik yolla həllinin daha doğru olduğunu qeyd edən ABŞ prezidenti digər variantları da istisna etməyib. Obama İrana tətbiq olunan sanksiyaların nəticə verdiyini və ABŞ kəşfiyyatının da bunu təsdiqlədiyini söyləyib.
Obamanın bu bəyanatı ABŞ-da növbəti prezident seçkisi ərəfəsində gedən kampaniyanın qızğın vaxtına təsadüf edir. Kampaniya dövründə Respublikaçılar Partiyasının nümayəndələri bildiriblər ki, Ağ evin hazırkı rəhbəri dünyanı fəlakətə aparır. Massaçusets ştatının sabiq qubernatoru, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq istəyən Mitt Romni Obamanın seçiləcəyi təqdirdə İranın kütləvi qırğın silahına yiyələnəcəyini və İsrailə qarşı müharibə aparacağını iddia edib: “Əgər siz məni seçsəniz, bu baş verməyəcək”.
ABŞ və Rusiya İranla bağlı ümumi konsepsiya hazırlayır
Barak Obama ilə Dmitri Medvedev Havay adalarında danışıqlar aparıb
Havay adalarının paytaxtı Honoluluda keçirilən APEK sammitində ev sahibliyi edən ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Dmitri Medvedev arasında ikitərəfli görüş baş tutub. Tərəflər Avropada raket-əleyhinə müdafiə sistemi məsələsində razılığa gələ bilməyiblər. "ABŞ və Rusiyanın Avropada raket-əleyihən müdafiə sistemləri məsələsinə dair mövqeləri hələ ki, bir-birindən çox uzaqdır", - deyə görüşdən sonra Rusiya prezidenti Dmitri Medvedev bildirib. Rusiya ABŞ-dan Avropada Amerika bazası əsasında qurulan raket-əleyhinə müdafiə sisteminin Rusiyaya qarşı yönəlməyəcəyinə dair hüquqi təminat tələb edir. Bunun əvəzində isə ABŞ və NATO bunun əksinə əmin olmaq üçün Rusiyanı monitorinq aparmağa dəvət edir.
Barak Obama və Dmitri Medvedev İran məsələsi üzrə ümumi mövqe işləyib hazırlayırlar. Bunu isə Rusiya prezidenti ilə danışıqlardan sonra ABŞ prezidenti Barak Obama deyib. Obamanın sözlərinə görə, bu ortaq mövqe ona əsaslanır ki, İran nüvə proqramını inkişaf etdirərkən, öz beynəlxalq öhdəliklərini də yerinə yetirməlidir.
Rusiya və ABŞ-ın dövlət başçıları həmçinin Əfqanıstan və Suriyadakı vəziyyəti də müzakirə ediblər.
İsrail İranın nüvə proqramına qarşı fəaliyyət göstərilməsinə təkid edir
İsrail BMT-nin nüvə agentliyinin İranın nüvə silahı istehsalı səylərinə dair etibarlı dəlillərin olduğu qeyd edilən hesabatının açıqlanmasından sonra İranın nüvə proqramı əleyhinə beynəlxalq səviyyədə fəaliyyət göstərilməsini tələb edir.
İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Nazirlər Kabinetinin iclasında deyib ki, hesabat İranın davamlı şəkildə nüvə silahları istehsalı ilə məşğul olduğunu sübuta yetirir.
İsrail nüvə silahına malik İranı özünə təhlükə hesab edirə İsrailin özünün Yaxın Şərqdə nüvə silahına malik yeganə ölkə olduğuna inanılır.
İranın nüvə proqramı Havay adalarında Honoluluda Asiya-Sakit okeanı ölkələrinin sammitində ABŞ prezidenti Barak Obamanın Rusiya və Çin liderlərilə görüşləri zamanı diqqət mərkəzində olub.
ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşavinin müavini Ben Rods deyib ki, üç ölkənin lideri İranın nüvə silahına malik olmağa çalışdığına dair vahid mövqe nümaiyş etdirmişlər.
12 nəfər Güney azərbaycanlı milli hərəkat fəalların məhkəməsi keçirilib
İranda Güney azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan 12 fəalın zəmanətlə azadlığa buraxılması haqqında qərar çıxarılıb. Noyabrın 13-də Təbriz İnqilab Məhkəməsində azərbaycanlı fəallar Əziz Purvəli, Tağı Sələhşur, Elman Nuri, Musa Bərzin Xəlifəlu, Mehdi Həmidi Şəfiq, Murtəza Əvəzpur, Mustafa Əvəzpur, Mahmud Fəzli, Vəhid Şeyxbəyli, Cəmişid Zarei, Həsən Ərk və Əhməd Riyazi Mübarəkin məhkəmə iclası keçirilib. Onları 7 vəkil müdafiə edib. Sonda hakim azərbaycanlı fəalların iki gün ərzində zəmanətlə azadlığa buraxılması haqda qərar çıxarıb.
Qeyd edək ki, azərbaycanlı fəallar avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimində Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətini müzakirə edərkən İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs ediliblər.
İran və Rusiya Təhlükəsizlik Şuraları razılaşma imzalayıb
İran və Rusiya Təhlükəsizlik Şuraları iki ölkə arasında əməkdaşlığın genişlənməsi barədə razılaşma imzalayıblar. Saziş İranın Xarici İşlər Nazirliyinin xarici siyasət və beynəlxalq məsələlər üzrə müavini və Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqiri ilə Rusiya Təhlükəsizlik Şurasının katibinin köməkçisi Yevgeni Lukiyanov tərəfndən imzalanmışdır.
İRNA-nın verdiyi məlumata əsasən, Baqiri imzalanma mərasimindən sonra jurnalistlərə müsahibə verərək bildirib ki, bu sənəd iki ölkənin Təhlükəsizlik Şuraları arasında əməkdaşlıq razılaşmasıdır. O, bildirib ki, bu razılaşmanın imzalanması uzun müddətdən bəri müzakirə olunurdu. İranın Ali Milli Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, bu razılaşmaya əsasən, iki ölkənin TŞ-larının əməkdaşlıq sahələri müəyyənləşdirilib və tərəflər iqtisadi, siyasi, təhlükəsizlik və informasiya sahələrində əməkdaşlıq edəcək. Baqiri Rusiyaya səfəri ilə əlaqədar onu da bildirib ki, İran və Rusiya arasında olan münasibətlər qarşılıqlı və davamlıdır. Bu da iki ölkə arasında olan dərin münasibətlərdən irəli gəlir.
Onun sözlərinə görə, səfər zamanı ruslarla regionda olan son vəziyyət və BAEA-nin İranın nüvə proqramı ilə bağlı son hesabatı da müzakirə olunub. Qeyd edək ki, BAEA-nin İranın nüvə proqramı ilə bağlı hesabatına Rusiya hələ hesabat açıqlanmamışdan mənfi münasibət bildirmişdir. Rəsmi Moskva bildirmişdir ki, hesabatda siyasi mülahizələr mövcud olduğundan məruzənin açıqlanması düzgün deyildir.
Əhmədinejadın iddiaları yalanlanıb
Ötən həftə İran prezidentinə yaxın olan bir sayt bildirib ki, Əhmədinejad öz tərəfdarları ilə görüşü zamanı keçmiş Xarici İşlər naziri Mənuçehr Mottəki ilə İnformasiya və Təhlükəsizlik naziri Mohsen Ejeinin işdən azad etməsi barədə bəzi məlumatlar vermişdir. “İran” qəzetinin noyabrın 9-da verdiyi informasiyaya görə, Əhmədinejad bu görüş zamanı bildirib ki, prezident seçkiləri zamanı Mohsen Ejeiyə hadisələrin olacağı barədə xəbərdarlıq edib və iki müavininin bu hadisələrə yardım etməsi barədə məlumat verib. Lakin Ejei Əhmədinejadın sözünün əksinə olaraq iki müavininin işdən azad edilməsinə imkan verməyib. “İran” qəzetinin verdiyi məlumata görə, Əhmədinejad bu səbəbdən Ejeini işdən azad edib və özü işləri ələ alıb. Əhmədinejad həmçinin dostlarının yığıncağında bildirmişdir ki, Mottəkini Seneqala səfərə getməzdən əvvəl işdən azad etmişdir, lakin o, israrla özü bu ölkəyə səfər etmək istəmişdir. Xatırladaq ki, Mottəki vəzifədən azad olunmasını seneqallı rəsmilərdən eşitdiyini bildirmişdir.
Əhmədinejadın bu məlumatları dərhal sözügedən keçmiş nazirlər tərəfindən yalanlanaraq təkzib olunmuşdur. “Etimad” qəzetinin məlumatında bildirilir ki, Əhmədinejadın tərəfdarlarına çıxışından iki gün sonra işdən çıxarılan 2 nazir onun sözlərini yalan adlandıraraq onları təkzib edib. Hətta Ejei Əhmədinejada teledebat təşkil etməyi və xalqın müşahidəsi ilə yalanları ortaya çıxarmanı da təklif edibdir. Mottəki də Əhmədinejadın son sözlərinə münasibət bildirərək bəyan edib ki, onun 20 sətirlik sözlərində 24 səhv məlumat və yalan mövcuddur. O, prezidentin bütün iddialarını təkzib edərək bildirib ki, onun prezidentlik dövrü başa çatdıqdan sonra həqiqətləri xalqa açıqlayacaqdır.
Qeyd edək ki, İranda hakimiyyət daxili mübarizə “Ərəb baharı” səbəbiylə müvəqqəti olaraq dayanmışdır. Ancaq yaxınlaşan parlament seçkiləri bu mübarizənin yenidən vüsət almasına səbəb olub. Əhmədinejadın iddiaları və keçmiş nazirlərin buna cavabları bunun növbəti nümünəsi sayıla bilər.

Bu xəbər oxucular tərəfindən 1505 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |