13.06.2013 [12:11] - Gündəm, Sosial
IMEI kodların qeydiyyatı sistemi işə düşüb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda mobil danışıq tariflərinin aşağı salınmasına çalışır.Bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.
E.Vəlizadə bildirib ki, Rabitə və informasiya texnologiyaları nazirliyi həm rouminq, həm də ümumilikdə, mobil danışıq qiymətlərinin aşağı salınması istiqamətində fəaliyyətini davam etdirir: «Bu, Nazirliyin ümumi siyasətidir. Mobil rabitə operatorları isə müxtəlif tarif paketləri təqdim etməklə bunu təmin etməyə çalışır».
E.Vəlizadə qeyd edib ki, təmsil etdiyi qurum tərəfindən bu proses ardıcıl olaraq davam etdirilir.
Nazir müavini saxta mobil telefonların dövriyyədən çıxarılması prosesinə start verildiyini də bildirib: «IMEI kodların qeydiyyatı sistemi işə düşüb. Bu proses ancaq saxta və başqa qanunsuz yolla əldə edilən mobil telefonların istifadəsinə məhdudiyyət qoyacaq. Lakin yenə də hər kəs fərdi istifadəsi üçün mobil qurğu alıb gətirərsə, sadə şəkildə bu telefonun qeydiyyatını keçirməklə işlədə bilər. Azərbaycana səfər edən qonaqlar isə özləri ilə gətirdikləri mobil telefonlarından məhdudiyyətsiz istifadə edə bilərlər. Tətbiq edilən bu sistem onlara şamil edilmir».

Bu xəbər oxucular tərəfindən 957 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |