13.06.2013 [13:44] - Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzində görkəmli muğam ifaçısı Zülfü Adıgözəlovun 115 illik yubileyi keçirilib.Senari müəllifi Hafiz Quliyev olan yubiley mərasimi sənətkarın lent yazısının səsləndirilməsi ilə başlayıb. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın həyat və yaradıcılığı, muğam sənətinə bəxş etdiyi töhfələrdən danışıb: “Zülfü Adıgözəlov öz sahəsinin mahir bilicisi, Azərbaycan nəsillərinə böyük muğam məktəbi qoymuş sənətkardır”.
Yubiley mərasimində akademik Vasif Məmmədəliyev, xalq artisti Ramiz Quliyev, xanəndənin nəvəsi, dirijor Yalçın Adıgözəlov çıxış edib.
Tədbir Azərbaycan muğam ifaçıları Mənsum İbrahimov, Canəli Əkbərov, Ehtiram Hüseynov və başqalarının konserti ilə davam edib.
Tədbirdə xanəndənin səs yazılarından ibarət “Segah” adlı diskin də təqdimatı olub.

Bu xəbər oxucular tərəfindən 1060 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |