13.06.2013 [15:09] - Gündəm, Sosial
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə icazə verilməyən qidaların siyahısını açıqlayıb. Komitədən Movqe.az-a verilən məlumata görə, Komitə təhsil müəssisələrində təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə təhsil müəssisələrində qidanın təhlükəsizliyinə, tərkibinə, qida dəyərliliyinə, həcminə, keyfiyyətinə və qidanın qəbul şəraitinə, o cümlədən təhsil müəssisələri üçün təhlükəsiz və keyfiyyətli qida istehsalını təmin edən texnoloji şəraitə vahid tələbləri müəyyən edən dövlət standartını təsdiq edib. Standartda təhsil müəssisələrində qidanın tərkibinə, qida dəyərliliyinə, həcminə, keyfiyyətinə, təhlükəsizliyinə və qidanın qəbul şəraitinə, qidalanmanın təhlükəsizliyinə və keyfiyyətinə, istifadə olunan qabların təhlükəsizliyinə, həmçinin əsas qida maddələrinə və enerjiyə olan fizioloji tələbat normalarının ödənilməsi üçün tələblər müəyyənləşdirilib. Standartda 3-18 yaşlı uşaq və yeniyetmələr üçün fizioloji tələbat normaları, məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan əsas qida məhsullarının siyahısı, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı, məktəbəqədər təhsil müəssisələri üçün orta gündəlik ərzaq çeşidinin siyahısı və s. əks olunub. «Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı» (AZS 747-2013) yeni təhsil ilindən etibarən, yəni 2013-cü il sentyabrın 2-dən tətbiq ediləcək. Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı müasir qidalanma sistemini təşkil edən reqlamentləşdirilmiş əsas sənəd sayılır və standartın Azərbaycanın təhsil müəssisələrində və təhsil müəssisələri üçün qidalanmanı təşkil edən müəssisələrdə icra edilməsi məcburidir. İctimaiyyət tərəfindən geniş marağa səbəb olduğuna görə Komitə məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan qida məhsullarının siyahısını və ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısını açıqlayıb.Məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan əsas qida məhsullarının siyahısı
Ət və ət məhsulları:
- I kateqoriyalı mal əti;
- dana əti;
- qoyun ətinin yağsız növləri;
- soyudulmuş quş əti;
- dovşan əti;
- həftədə ən çoxu 1-2 dəfə termiki emaldan sonra uşaq qidası üçün
bişirilmiş sosiskalar, sardelkalar (mal ətindən), kolbasalar;
- kəsmik və kəsmik məmulatları;
- acı olmayan pendir növləri (məktəbəqədər uşaq qidası üçün bərk, yarımbərk, yumşaq, ərgin pendirlər);
- xama (10% , 15% yağlılıqda) – termiki emaldan sonra;
- sənaye istehsalı olan turş süd məhsulları; qatıq, kefir, yoqurtlar,
- qaymaq (10% yağlılıqda);
Qida yağları:
- kərə yağı (72.5%, 82,5% yağlılıqda);
- bitki yağı (günəbaxan, qarğadalı, zeytun)- salatlara, veneqretlərə, ikinci xörəklər;
Qənnadı məmulatları:
- zefir, pastila, marmelad;
- şokolad və şokoladlı konfetlər- həftədə ən çoxu 1 dəfə;
-qaletlər, peçenye, krekerlər, vaflilər, pryaniklər, kekslər, şəkər çörək və şəkərbura (minimal miqdarda qida aromatizatorları və boyalar olan məhsulları üstünlük təşkil edir);
- pirojnalar, tortlar ( kremsiz);
- sənaye istehsalı olan cemlər, mürəbbələr, povidlo, bal.
Tərəvəzlər:
- təzə tərəvəzlər: kartof, ağ kələm, kök, qırmızı kələm, brüssel və gül kələmi, brokkoli, dəniz kələmi, kök, şəkər çuğunduru, xiyar, pomidor, şirin istiyot, yunan qabağı, badımcan, patisson, göy və baş soğan, cəfəri, şüyüd, kahı, turşəng, ispanaq, kərəviz, qırmızı turp, ağ turp, balqabaq.
Zülfiyyə QULUYEVA

Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |