14.06.2013 [11:49] - Gündəm, Müsahibə
İranda bir aydan yuxarı həbsdə olan Xalidə Xalid Azərbaycana qayıtdıqdan sonra mətbuata açıqlama verməkdən imtina etmişdi.
Bir gün sonra ANS televiziyasında çıxış edərək İran həbsxanasında gördüklərindən, yaşadıqlarından danışıb. Həbs olunmalarına günahkar özlərinin olduğunu bildirib. Xalidə Xalidin İran həbsxanaları haqqında müsbət çıxışı bir sıra ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.
Bakuinfo.Az-ın əməkdaşı ilə söhbətində İran üzrə ekspert Hakim Sadıqov bildirib ki, Xalidə Xalid elə danışırdı ki, elə bil insanlara günahsız yerə olmazın işgənclər verən İran həbsxanaları deyil.
Açıqlamasında deyib ki, hazırda yüzlərlə fəal zindanlarda işgəncə altındadır. "Xalidə Xalid İran həbsxanaları haqda, həmçinin də, ETTELAT haqda elə danışırdı ki, sanki yüz minlərlə insan burada işgəncə görməyib. Halbuki, işgəncə növlərinə baxsaq, elə bil bakirə qadınların asılmadan öncə bakirəliyini pozub sonra asan bu zindanlar deyildir”.
O, qeyd edib ki, hazırda yüzlərlə milli fəal zindanlarda iğgəncə altındadır. "Hal-hazırda yüzlərlə milli fəal bu zindanlarda işgəncə altındadır, zindandan çıxanlar isə sağlamlıq deyilən bir şey qalmayıb. Yeddi nəfərə üst-üstə 61 il iş veriblər. Xalidə Xalidə yaxşılıq edən məmurlar Səid Mətinpura 8 il, Oqyay Vəlizadəyə 8 il, Lətif Həsənliyə 9 il, Yürüş Mehrəlibəyliyə 9 il, Mahmud Fəzliyə 9 il, Şəhram Radmehrə 9 il, Behbud Quluzadəyə 9 il cəza kəsiblər. Bu insanların günahı ana dilində təhsil almaq və Qarabağı öz problemi kimi qəbul edib Azərbaycanı bütöv görmək istəmələridir”.
Mətbuata məlumat verməkdən yayınan Xalidə Xalidin yalnız ANS-ə açıqlama verməsinə gəldikdə isə, ekspert bildirib ki, böyük ehtimal ANS rəhbərliyinin şeyx ilə birlikdə İran səfərində aktiv iştirak etməsidir. "Bu, yəqin ANS rəhbərliyinin Allahşükür Paşazadə ilə birlikdə İrana getmələri və Xalidə Xalidin azadlığa buraxılmasında rol oynaması ilə bağlıdır. Bəlkə də gedən heyətin Xamneyi tərəfindən və bir çox İran rəhbərləri tərəfindən səmimi, səs-küylü qarşılanması, gedənlərə müsbət təsirini də buraxmamış deyildir” – deyə Hakim Sadıqov bildirib.
İlkin Novruzlu

Bu xəbər oxucular tərəfindən 1018 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |