14.06.2013 [12:45] - Gündəm, Sosial
13 Uyum günü, Közərti ayı 35-ci ildə (13.6.2013) Mütləqə İnam Ocağının Ruhani Mərkəzində Kutsal “Xəlqilik” Bayramı keçirilib. Bu haqda Asif Ata Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib.
İnam Evinin həyətində 6 kutsal ideyanın rəmzi olaraq 6 tonqal qalanıb. Ocağın Ruhani Başçısı Safruh tonqal yörəsində söz deyib: «Xəlqiliyin bayram edilməsi xalqlığın unudulmasına doğru meyillərlə bağlıdır. Xalq unudulur: bunu Ata gördü və dedi. Biz xalqın tarixinə iz salan işlər görmüşük. Mütləqə İnamın gərəkliyini xalqa deyirik. Burada gələcəyin dadını dadır, ətrini duyuruq. İndiki çağda gələcək üçün işləmək insanların gözündən düşməkdədir. Ona görə ki, gələcəyə inam sarsılmaqdadır. Gələcəyə inam olmadığına görə mənəviyyat da yoxa çıxır. Əslində “xalq” adında sevgili aradan çıxmaqdadır. Xalqa özünü qurban vermək gərəkliyi insanların ağlına batmır. Gələcəyin ətrini uca kişilər duyur. Bu gün ağlımızda, qəlbimizdə olan obrazları keçmişdəki hünərli kişilər yaradıb yaşatmışdılar ki, biz onun əsasında yaxşı-pisi ayırd etmişdik. İndi bu gün o gələnəklər pozulmaqda, o inanclar qırılmaqdadır, insanlar əzbərçiliyə və ikiüzlüyə baş vururlar. “Xəlqilik” Bayramınız kutlu olsun! Öz İnam Evinizə xoş gəlmisiniz! Yanınızda xalqınıza qarşı heç kəs kəm danışa bilməsin».
Sonra Mərasimlər Odasına keçilib. Ocaq Yükümlüsü İşıqlı Atalı Bayrama açılış sözü deyib: «İnama çatmaq – ümid qaynağı olmaq, xalq olmaq, kutsal kitab ünvanı olmaq, torpağı müqəddəsləşdirmək, təbiəti insaniləşdirmək, ailəni kutsallaşdırmaq, təhsili özümləşdirmək, insaniləşdirmək deməkdir.”
Bayramın içsəs mövzuları «Xalq – öz Yurdunda və dünyada», «Ulusal özümlüyün anlamı və önəmi», «Kutsal özümlüyün yaşaması və yaşadılması».
«Ümid» Ocaq Ailəsinin Yükümlüsü Yolruh Atalı bildirib ki, Azərbaycan türkləri hərtərəfli yaradıcılıqla uğraşmalı, başqa xalqların mənəvi asılılığından və minnətindən çıxmalıdırlar: “Hər bir xalqa siyasi müstəqillikdən öncə ruhani, mənəvi müstəqillik gərəkdir. Mənəvi bağımsızlığı olmayan xalq – siyasi baxımdan da müstəqil ola bilməz. Hər bir xalq ulusal ruhaniyyatla uğraşmalı, özünün mənəvi bağımsızlığını yaratmalıdır.”
«Nur Yolu» Ocaq Ailəsinin Yükümlüsü Yolnur Atalı deyib: «İnam Ata həmişə bizi özümüzdən yüksək olmağa çağırır. Atanı həmişə heyrətlə oxuyuruq. Ata deyir ki, ən böyük tərbiyə – özünütərbiyədir. Xalqımızı yalnız bu cür sevgilər yarada bilər».
Tədbirdə Qəşəm İlqar Ruhdaş, Elməddin Əlibəyzadə, Abbas Abdulla, Əlisahib Əroğul, Səbuhi Abdullayev, İsmayıl İsmayılov bayramla bağlı söz deyiblər. Aydınlarımız Asif Ata Ocağının ulusal işlərini yüksək dəyərləndiriblər.
Ocağın Ruhani Başçısı Safruh bayrama sonlayıcı söz deyib.
Ocaq Yükümlüsü İşıqlı Atalı İnam Atanın harayını çatdırıb: «Xalqlaşın, xalqlaşdırın!» Ocaqçılar «Xalqa and olsun, Xəlqiliyə xidmət edəcəyəm!» - deyərək bayrağı öpüblər.
Bayramda muğam üçlüklərinin və saz ifaçısının çıxışları olub.

Bu xəbər oxucular tərəfindən 1219 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |