15.11.2011 [16:08] - Gündəm
Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlara dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
Dəyişikliklər barədə məlumat verən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, qanunlara dəyişikliklər edilməsi istehlakçıların hüquqlarının qorunması sahəsində bir addımdır.
Dəyişikliyə görə, qaz, elektrik və istilik təchizatının qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildiriş göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qaz, elektrik və istilik təchizatının dayandırılması qadağan olunur.
Qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri mütəmadi olaraq qazın və elekrik enerjisinin xəbərdarlıq edilmədən kəsildiyini bildiriblər. Deputatlar ciddi ölçülər götürülməsinin vacibliyini qeyd ediblər.
Millət vəkilləri müzakirələrdən sonra qanun layihəsinə dəyişiklikləri təsdiqləyiblər.

Bu xəbər oxucular tərəfindən 1059 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |