Şrift:
Elman Türkoğlu: "Hər şey 20 dəqiqənin içində oldu"
18.06.2013 [11:20] - Gündəm, Hadisə
Məhəmmədəmin intihar etməzdən öncə buraxılış imtahanlarının nəticəsini öyrənmək üçün atasından bir manat istəyibmiş

“Nə oldusa, 20 dəqiqənin içində oldu”. Bunu APA-ya açıqlamasında KXCP üzvü Elman Türkoğlu oğlu Məhəmmədəmin Həsənlinin intiharı barədə danışarkən deyib. E.Türkoğlu qeyd edib ki, oğlu intihar etməzdən əvvəl buraxılış imtahanlarının nəticəsini öyrənmək üçün ondan bir manat istəyib: “İşdən evə gəldim, birlikdə çörək yedik. Bir qədər sonra internet klubda buraxılış imtahanlarının nəticələrini öyrənmək üçün məndən 1 manat istədi. Məndən pulu aldı. 20 dəqiqədən sonra isə uşaq asılı vəziyyətdə tapıldı. Nə olubsa, 20 dəqiqənin içində olub. Onu təxminən saat 1-ə 20 dəqiqə qalmış asılı vəziyyətdə görüblər. Məhəmmədəmin özünü ayaqyolunda asmışdı”.

E.Türkoğlu onu da bildirib ki, oğlu intihar etməzdən əvvəl bu barədə heç kimə heç nə deməyib, üstündə heç bir kağız olmayıb.

ANS press xəbər verir.
Bu xəbər oxucular tərəfindən 1047 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed