Şrift:
AMEA Əlyazmalar İnstitutu XVII əsr Azərbaycan şairinin divanını əldə edib
19.06.2013 [10:50] - Gündəm, Mədəniyyət
AMEA Əlyazmalar İnstitutu Səfəvilər dövründə yaşamış Azərbaycan şairi, Şah Səfi (1629-1642) və II Şah Abbasın dövründə yüksək dövlət vəzifələrində işləmiş Mürtəzaqulu xan Şamlu Zəfərin Kembric Universiteti kitabxanasında saxlanan şeirlər toplusu divanının surətini əldə edib.

Əlyazmalar İnstitutundan verilən məlumata görə, üzərindəki qeyddən divanın 1669-cu ildə tamamlandığı məlum olur.

Səfəvilər sarayında eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin valisi və Ərdəbil vəziri vəzifələrində çalışmış Mürtəzaqulu xanın 839 beytdən ibarət Azərbaycan türkcəsindəki divanı 114 qəzəl, 3 kiçik həcmli məsnəvi, 3 tərkibbənd, 2 tərcibənd, 1 müxəmməs, 1 müstəzad, 5 qitə, 1 rübaidən ibarətdir.
Bu xəbər oxucular tərəfindən 915 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed