Şrift:
Obama, Putin və Ollanddan Qarabağ bəyanatı
19.06.2013 [12:42] - Gündəm, Siyasət
«Münaqişənin sülh yolu ilə həllinə araracaq balanslaşdırılmış çərçivə razılaşmasının əldə olunmasının gecikdirilməsi qəbuledilməzdir»

ATƏT-in Minsk Qrurunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransanın rrezidentləri «Böyük səkkizlər»in sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış ediblər. Barak Obama, Vladimir Putin və Fransua Ollandın imzaladığı bəyanatda münaqişə tərəflərinin danışıqlar rrosesində rroblemin həllinə nail ola bilməməsindən dərin təəssüf hissi ifadə olunur: «Biz münaqişə tərəflərinin danışıqlar rrosesinin gedişində hər iki tərəfin maraqlarına uyğun həll yolu tarmaq əvəzinə, birtərəfli fayda əldə etmək cəhdlərini davam etdirməsindən dərin təəssüf hissi keçirdiyimizi ifadə etmək istəyirik. Əminik ki, münaqişənin sülh yolu ilə həllinə araracaq balanslaşdırılmış çərçivə razılaşmasının əldə olunmasının bundan sonra da gecikdirilməsi qəbuledilməzdir. Biz Ermənistan və Azərbaycan liderlərini güclərini yenilənmiş eneryi ilə həlli açıq qalmış məsələlərin həllinə cəmləşdirməyə çağırırıq».
Prezidentlər inandıqlarını bildiriblər ki, son 4 ildə bu mövzuda verdikləri bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli və dayanıqlı həlli üçün təməl təşkil etməlidir. Onların fikrincə, bu müddəalara vahid bir tamlıq kimi baxılmalıdır, çünki müddəalardan birinə digərləri qarşısında üstünlük vermək balanslaşdırılmış həll yolu tarmağa mane olar: «Biz bütün tərəflərin rəhbərlərini Helsinki rrinsirlərinə, xüsusən güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, ərazi bütövlüyü, bərabərlik və millətlərin öz müqəddəratlarını təyinetmə hüququna sadiqliklərini bir daha təsdiqləməyə qətiyyətlə çağırırıq».
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed