19.06.2013 [13:19] - İqtisadiyyat
Təkcə IFC indiyədək Azərbaycana 500 milyon dollar ayırıb
Bu günədək Beynəlxalq Maliyyə Korporasiyası (IFC, Dünya Bankı qrupunun üzvü) tərəfindən Azərbaycana 500 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. Bu vəsaitlər hesabına ölkədə 60 investisiya layihəsi həyata keçirilib. Bu barədə IFC-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova bildirib. Onun sözlərinə görə, Korporasiya tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə məsləhət xidmətləri də göstərilib. Hazırda Milli Məclisə IFC-nin tövsiyələri əsasında hazırlanmış «Yoxlamalar haqqında» və «Lisenziyalaşdırma haqqında» qanun layihələrinə baxılır: «Həmçinin, Azərbaycan hökuməti ilə icazə və lisenziyalaşdırma portalının yaradılması haqqında danışıqlar aparırıq».
Əslində xarici maliyyə qurumları Azərbaycanla əməkdaşlıqda maraqlıdılar. Ölkənin ödəmə qabiliyyətinin olması, valyuta ehtiyatlarının mövcudluğu, dövlət büdcəsinin icra edilməsi kreditorları ölkəmizlə əməkdaşlığa stimullaşdırır. Xarici banklar Azərbaycana kredit verib pul qazanırlar. Amma bunlarla belə, xarici borcların cəlb edilməsi siyasətinə yenidən baxıla bilər. Bir çox layihələrin daxili vəsaitlər hesabına həyata keçirilməsi daha məqsədəuyğundur. Bəzən səmərəsiz hesab oluna biləcək formal layihələr də ortalığa çıxır. Azərbaycan hökuməti özünün neft pulları ola-ola böyük həcmdə xarici banklardan, xüsusən də Dünya Bankından borc almaqda davam edir. Hansı ki, ölkənin özünün potensialı — 46 milyard dolları var. Bura Heft Fonduna toplanan vəsaitlər və Mərkəzi Bankın ehtiyatları daxildir. Artıq hökumət BVF-dən kredit almır.
Bəzən xaricdən alınan pullar məsləhət və texniki xarakterli proqram və layihələrin hazırlanmasına da xərclənir. Yenə mənasız nəzəri məsələlərə milyonlar silinir. Hökumət və dövlət qurumları tərəfindən cəlb olunan kreditlərin əsas hissəsi investisiya layihələrinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, bu cür kreditlərin həcmi 3 milyard dollar təşkil edir. Həmin məbləğin 40%-i elektrik enerjisi sektoruna, 3,6%-i kənd təsərrüfatı, 25,4%-i yol tikintisi və nəqliyyat, 9%-i su təchizatı və meliorasiya, 6%-i neft, qaz və kimya və digər sahələrdə layihələrin maliyyələşdirilməsinə sərf olunub.
Bir neçə ildir ki, bank faizləri, dividentlər azalıb, balans kəskin şəkildə inflyasiyanın xeyrinə dəyişib, dollar öz dəyərini əhəmiyyətli şəkildə itirib. Dünya bazarında mal və xidmətlərin bahalaşması 46 milyard dollar vəsaitin alıcılıq qabiliyyətini çox aşağı salıb. Təsadüfü deyil ki, Mərkəzi Bankın rəhbərliyi hökumətin ölkənin pullarını xarici banklara qoymaqda, qiymətli kağızlara yerləşdirməkdə əsas məqsədinin pul qazanmaq deyil, itkiyə yol verməmək və onun həcmini qoruyub saxlamaq olduğunu bəyan edir. Əslində ölkənin ehtiyatları o qədər də effektiv idarə olunmur. Pullar aşağı faizlə xarici bank hesablarına qoyulub. Bütün dünyada depozitlər (əmanətlər) üzrə dividentlər hələ bir müddət çox aşağı — illik 1-2% olacaq. Həticədə xarici banklara 46 milyard dollar vəsait qoymuş Azərbaycan il ərzində itkilərə məruz qalır. Gəlirlərin belə aşağı olduğu şəraitdə vəziyyətdən daha optimal çıxış yolları aranmalıdır.
Çünki yaxın onilliklərdə Azərbaycanda neft tükənməklə yanaşı valyuta ehtiyatları da quru kağıza çevrilə bilər. Əvvəllər dollar ifadəsində olan vəsaitlərinin bir hissəsi avroya, bir hissəsi fund sterlinqə keçirilib, habelə qiymətli kağızlar bazarına, qızıl və əmlak alınmasına yönəldilib. Bunların hesabına fondun pullarını qorumağa çalışırlar. Amma bu da problemin həlli demək deyil. Əsas məsələ valyuta ehtiyatlarının bir hissəsinin Azərbaycanda qeyri-neft sektorunun, insan kapitalının və infrastrukturun inkişafına yönəldilməsidir. Artıq belə addım atmaq mümkün və zəruridir. Bunun əvəzinə hökumət hələ də xaricdən borc alır. Üstəlik həmin kreditlərdən nə dərəcədə səmərəli istifadə olunduğu mübahisəli məsələdir.
Azərbaycan digər maliyyə qurumları ilə də əməkdaşlıq edir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycan arasında əməkdaşlıq dövrü ərzində 9 layihənin icrası üçün tərəflər arasında 1,2 milyard ABŞ dolları məbləğində 9 kredit sazişi imzalayıb. Bundan 476,3 mln. dollar həcmində cəlb olunan kreditlər hesabına həyata keçirilən 8 layihənin icrası başa çatıb, 750 mln. dollarlıq kredit hesabına 1 layihənin (avtomobil yollarının təmiri və bərpası) icrası isə davam etdirilir. AYİB tərəfindən ayrılan ümumi kreditdən 2013-cü il yanvarın 1-nə 476,3 mln. dollardan istifadə edilib. İndiyədək nəzərdə tutulmuş qrafik üzrə 236,9 mln. dollar məbləğində əsas borc qaytarılıb.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft sektorun inkişaf etdirilməsinə yetirir. AYİB Azərbaycanda bir sıra kommersiya bankları ilə sıx əməkdaşlıq edir, bəzi kommersiya banklarında isə hətta iştirak payına (məsələn, «Dəmirbank») malikdir. Dünyadakı maliyyə böhranı şəraitində Azərbaycan hökuməti tərəfindən valyuta ehtiyatlarından səmərəli istifadə, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, maliyyə intizamının möhkəmləndirilməsi, milli valyutanın sabitliyinin qorunması və ölkədə investisiya mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər xarici investorların maraq dairəsindədir. Azərbaycanın qeyri-neft sektorunda AYİB-in həyata keçirdiyi layihələr əhəmiyyətlidir. Bank Azərbaycan maliyyə-bank bazarına böyük maraq göstərir. Hətta Avropa bankı bir qədər əvvəl Azərbaycan Beynəlxalq Bankının səhmlərini çox ucuz qiymətə öz nəzarətinə keçirməyi planlaşdırırdı. Lakin bu məsələdə ayıq tərpənən hökumət buna imkan vermədi.
Tərlan

Bu xəbər oxucular tərəfindən 2366 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |