19.06.2013 [14:09] - Gündəm, Mədəniyyət
Fransa məhkəməsi (15-ci rayon tribunalı) Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun harada dəfn olunması barədə qərar çıxarıb. Rəssamın qızı Əsmər Nərimanbəyovanın APA-ya verdiyi məlumata görə, məhkəmə Toğrul Nərimanbəyovun həyat yoldaşının iddiasını təmin edib və mərhumun Parisdə dəfn olunması barədə qərar çıxarıb. Qızı bildirib ki, qərarla razı deyil və apellyasiya şikayəti verəcək.
«Atamın həyat yoldaşının arzusuna əsasən Toğrul Nərimanbəyovun meyiti yandırılacaq (kremasiya) və külü torpağa tapşırılacaq. O məhkəmədə bildirib ki, atam müsəlman deyil, katolikdir və yandırılaraq, katolik kimi dəfn olunmalıdır. Lakin bu həqiqət deyil, atam müsəlmandır. İstəyirəm ki, o doğma Azərbaycanda dəfn olunsun».
Əsmər Nərimanbəyova bildirib ki, atasının ölüm faktı bir həftə gizli saxlanıb, bu isə Fransa qanunvericiliyinə görə kriminal faktdır: «Mərhumun qohumlarına dezinformasiya vermək, onları dəfnin harada keçiriləcəyindən xəbərsiz qoymaq üçün əllərindən gələn hər şeyi ediblər. Əsasən də, Sevil Nərimanbəyova bəyan edib ki, həyat yoldaşını Parisin mərkəzində, nüfuzlu məzarlıqda dəfn etmək istəyir. Lakin işdəki sənədlərə görə, o atamı Sant Luendə, Parisin 93-cü rayonunda dəfn etməyə hazırlaşır, bu isə heç də Parisin mərkəzi deyil». Əsmər Nərimanbəyova bunu əsas gətirərək məhkəmənin qərarından şikayət verməyə hazırlaşır.

Bu xəbər oxucular tərəfindən 866 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |