20.06.2013 [10:46] - Xəbərlər, Gündəm
Ermənistan qoşunları işğal altındakı ərazidən çıxarılması sabit sülh razılaşmasının fundamental şərtidir ”
“Beynəlxalq ictimaiyyətin qərarları beynəlxalq hüquq çərçivəsində həyata keçirilməlidir. Münaqişənin siyasi həllinə nail olmaq üçün yeganə yol Ermənistanın öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmasıdır”. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, bu fikirləri AAC-ın Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında Almaniya Xristian Demokrat Partiyası və Bavariyanın Xristian Sosial Partiyasından olan deputat, Petisiya Komitəsinin üzvü Aleksandr Funk verib.
Bundestaq üzvü bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərqərar olmasına təminat verilməlidir: “Yalnız Ermənistan qoşunları işğal altındakı ərazidən çıxarıldıqdan sonra məcburi köçkünlər öz evlərinə qayıda bilər. Bu, sabit sülh razılaşmasının fundamental şərtidir. Azərbaycan, xüsusilə də, enerji təminatı məsələsində Almaniya üçün xüsusi tərəfdaşdır. Lakin biz Cənubi Qafqaz regionuna bütöv məkan kimi baxmalıyıq. Dağlıq Qarabağ münaqişəsinin həllinin bütün regionu sülh ilə təmin edəcəyi barədə də düşünməliyik. Bu məsələdə Almaniya öz məsuliyyətini başa düşür və davamlı sülh razılaşmasına gedən yolu tam dəstəkləyir. Burada BMT və ATƏT-in rolu da mühümdür. Münaqişənin həlli üçün ən yaxşı mühit məsələnin çox tərəfli müstəvidə həllidir”.

Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |