Şrift:
Sərhədsiz Reportyorlar Həsən Ruhanidən 54 jurnalisti və bloggeri azadlığa buraxmağı istəyir
20.06.2013 [12:33] - Xəbərlər, Güney Azərbaycan xəbərləri
Mərkəzi qərargahı Fransanın paytaxtı Paris şəhərində yerləşən “Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist hüquqlarının müdafiəsi təşkilatı İranın yeni prezidentinə çağırış edib.

Beynəlxalq qurum Həsən Ruhanidən ölkə həbsxanalarında saxlanılan 54 jurnalisti və bloggeri azadlığa buraxmağı, azad informasiya yaymaq imkanı yaratmağı, seçkiqabağı verdiyi vədlərə əməl etməyi və əhdinə sadiq qalmağı istəyib: “Çünki hazırda həbsdə olan bu 54 nəfərin günahı sadəcə informasiya yamaqdır. Jurnalistlərin həbsinə gətirib çıxaran və ifadə azadlığını məhdudlaşdıran qanunlar İran İslami Cəza Qanunlarından çıxarılmalıdır. Bundan əlavə, “milli internet” planına son qoyulmalı və xalqın internetə sərbəst şəkildə qoşulmaq imkanı təmin edilməlidir”.



“Sərhədsiz Reportyorlar” Mahmud Əhmədinejadın 8 illik prezidentliyi dövründəki repressiya siyasətinə də toxunaraq Həsən Ruhaniyə ilk addımda ölkənin problemlərini həll etmək üçün beynəlxalq öhdəliklərə sadiq qalmağı tövsiyə edib: “Siz seçkiqabağı ifadə azadlığı, mətbuat azadlığı, siyasi məhbusların sərbəst buraxılacağı ilə fikirlər səsləndirmisiniz. Bu səbəbdən ölkədə islahat və dəyişiklik tərəfdarı olan insanlar sizi dəstəkləyiblər. Gərək siz də öz vədinizə sadiq qalaraq bunu əməlinizdə sübut edəsiniz”.
Bu xəbər oxucular tərəfindən 912 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed