20.06.2013 [13:49] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə polisi İstanbulun Taksim meydanında keçirilən etiraz aksiyalarına dəstək məqsədilə İzmir şəhərində keçirilən nümayişlər zamanı 30 etirazçını saxlayıb. Bu barədə "Haber7" telekanalı xəbər yayır.
Saxlanılanlar bir sıra dövlət strukturlarının binalarının talan edilməsinin təşkilində şübhəli bilinirlər. Etiraz aksiyalarında iştirak edən nümayişçilərin saxlanılmasına dair əməliyyatlar davam edir, yeni həbslərin olacağı istisna edilmir.
Daha əvvəl məlumat yayılıb ki, Türkiyədə keçirilən etiraz aksiyaları 944 nəfər saxlanılıb.
Türkiyədə 20 gündən artıqdır ki, etiraz aksiyaları davam edir. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyır.
Türkiyənin müxalifət partiyaları polisin etiraz edənlərə qarşı həddindən artıq güc istifadə etməkdə günahlandırır.
Daha əvvəl Türkiyə DİN-in rəhbəri bildirib ki, etiraz edənlərə qarşı həddən artıq gücdən istifadə ilə əlaqədar araşdırmalar aparılır.

Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |