20.06.2013 [13:53] - İdman
"Qəbələ" klubunun yeni baş məşqçisi Azərbaycan futbolunun səviyyəsindən danışıb
“Qəbələ”nin baş məşqçisi Yuri Syominin Rusiya mətbuatına müsahibə verib. "Apasport"un verdiyi xəbərə görə, Azərbaycan futbolunun səviyyəsi haqqında danışan məşqçi "Qəbələ" ilə bağlı üzərinə mühüm öhdəliklər götürdüyünü bildirib:
- Klubda işə nə vaxt başlayırsınız?
- İyunun 25-də növbəti mövsümə hazırlığa başlayırıq.
- Rusiya ilə müqayisədə Azərbaycan futbolunun səviyyəsi haqda nə düşünürsünüz?
- Belə nəticələr çıxartmaq üçün yerli futbolu əsaslı öyrənmək lazımdır. Buna isə vaxt gərəkdir. Ancaq istənilən halda, hansı çempionat olursa-olsun, hər yerdə ciddi hazırlaşmaq, fikirləşərək komandanı komplektləşdirmək, böyük məsuliyyət lazımdır. Hər çempionat özünəməxsus çətindir. Məşqçilik karyeramın əvvəlində Düşənbənin “Pamir” klubunda işləyirdim və onda komanda axırıncı yerdə idi. Ancaq həmin vəziyyətdən birgə çıxdıq. “Lokomotiv”ə gəldiyim zaman I liqada oynayırdı. Can atmağa nəsə vardı. Buna görə indiki işim mənə tanışdır və maraqlıdır.
- “Qəbələ”nin qarşısına avrokuboklara çıxmaq vəzifəsi qoyulub?
- Bəli. Məşqçinin qarşısında həmişə ciddi vəzifələr durur (gülür).
- Komandanıza birgə işinizdən tanıdığınız futbolçular dəvət etməyə hazırlaşırsınız?
- İndi buna cavab verməyə hazır deyiləm.
- Ancaq bu, mümkündür?
- Tamamilə ola bilər. Əgər onlar bizim təklifi bəyənirsə, səviyyələri isə bizi qane edirsə, bu, realdır.
- “Qəbələ”də işləmək üçün şərait Rusiyanın ən yaxşı klubları ilə müqayisə olunandır?
- Əvvəlcə onu qeyd edim ki, Azərbaycanda futbolun inkişafına böyük əhəmiyyət verilir. Bunun üçün çox şey edilir. Burada yetərincə yaxşı müasir stadionlar var, gözəl meydançalar doludur. Mən Avropanın güclü klublarının, o cümlədən “Barselona”nın iştirakı ilə mütəmadi yeniyetmələr arasında turnirlər keçirilən bazaları görmüşəm. Fikrimcə, artıq bu, ölkədə futbol infrastrukturunu xarakterizə edir. Həmin sözləri “Qəbələ”dəki şərait haqda da demək olar.
- Azərbaycanda futbolun populyarlığını özünüzdə hiss edə bilmisiniz?
- Yəqin ki hə. Əlbəttə, bu, hələ Rusiyadakı səviyyədə deyil. Ancaq yalnız futbola maraq yox, həm də insanların işi görünür. Onlar yerli futbolçuların inkişaf etməyi üçün mümkün olan hər şeyi edirlər. Hesab edirəm ki, Azərbaycanda SSRİ vaxtında olan səviyyəyə çatmaq üçün hər şey var. Onda “Neftçi”də ölkənin yığmasının dahi futbolçuları – Banişevski, Tuayev, Semiqlazov oynayırdı. Bakı komandası ilə ölkə çempionatına mükafatçı yer tutdu.
- Yeri gəlmişkən, Birləşmiş çempionat haqda nə düşünürsünüz?
- Mən bu mövzuda Azərbaycanda heç kimlə danışmamışam.

Bu xəbər oxucular tərəfindən 1065 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |