21.06.2013 [11:45] - İqtisadiyyat, Türk dünyası-Turan
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanla Qazaxıstan arasında, o cümlədən bu ölkənin qərb vilayətləri ilə iqtisadi əlaqələrin daha da genişləndirilməsi, burada Azərbaycana məxsus logistik mərkəzlərin yaradılması, iş adamları arasında işgüzar əlaqələrin təşviqi, iqtisadi əməkdaşlığın genişləndirilməsi ətrafında müzakirələrin aparılması məqsədilə Qazaxıstanın Aktau şəhərində səfərdə olub.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırması naziri Yerbolat Dosayev ilə Ş.Mustafayev arasında görüş keçirilib. Görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın genişləndirilməsi persrektivləri, eləcə də Qazaxıstanın qərb vilayətlərində logistik mərkəzlərin yaradılması məsələləri müzakirə edilib.
Sonra Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərən 250-dən çox iş adamı iştirak ediblər. Nazir Y.Dosayev biznes forum və işgüzar görüşlərin iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətini, tərəflərin geniş iqtisadi potensiala, əlverişli biznes və investisiya mühitinə malik olduğunu vurğulayıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Bu xəbər oxucular tərəfindən 1040 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |