Şrift:
Bakıda türkdilli ölkələrin problemləri müzakirə edilir
21.06.2013 [12:40] - Xəbərlər, Türk dünyası-Turan, Diaspor
Paytaxtda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilir

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilir.Forum türkdilli ölkələrin birliyi haqqında videonun nmüayişi ilə işə başlayıb. Açılış mərasimində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı çıxış edib. O, SSRİ dağıldıqdan sonra türkdilli cümhuriyyətlər arasında əməkdaşlıq güclənməyə başladığını qeyd edib və türkdilli ölkələrin beynəlxalq səviyyədə tanıdılması istiqamətində diaspor təşkilatlarının rolunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan nümayəndələrinin iştirak etdiyi forumda diaspor təşkilatları arasında əməkdaşlıq, problemlərinin həlli sahəsində birgə fəaliyyətlə bağlı müzakirələr aparılacaq. Forum bir gün davam edəcək və Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşacaq
Bu xəbər oxucular tərəfindən 1078 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed