Şrift:
Türkiyə səfiri Almaniya XİN-ə çağrıldı
21.06.2013 [17:07] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb. "Hürriyyət" qəzetinin verdiyi məlumata görə, buna səbəb Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Egemen Baxışın Berlinin Ankaraya qarşı siyasətinə dair bəyanatı olub.
Qəzetin məlumatına görə, Karslıoğlunu Almaniyanın xarici işlər nazirinin müavini qəbul edəcək.
Qeyd edək ki, Baxış Almaniya kansleri Angela Merkelin Taksim meydanında nümayişçilərin zorakılıqla dağıdılması ilə bağlı tənqidinə cavab olaraq bildirmişdi ki, Merkel Türkiyədəki vəziyyətdən öz şəxsi məqsədləri üçün istifadə edir.
Baxışın sözlərinə görə, Merkel ölkədə keçiriləcək seçkilər ərəfəsində nüfuzunu artırmaq üçün Türkiyə hökumətinin ünvanına sərt ifadələr işlədir.
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed