Şrift:
BeNiLüks Azərbaycanlıları Konqresinin prezidenti: Avropadakı Azərbaycan diasporu lobbiçilik istiqamətində addımlar atır
22.06.2013 [11:13] - Diaspor
Avropadakı Azərbaycan diasporu təşkilatlanma mərhələsini başa vuraraq lobbiçilik istiqamətində addımlar atır.Bunu jurnalistlərə açıqlamasında BeNiLüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov bildirib.

S.Qasımovun sözlərinə görə, lobbiçilik qarşıda duran əsas vəzifələrdən biridir: «Çünki lobbizm özü böyük bir diplomatiyadır. O, ənənəvi diplomatiyadan fərqlənir. Lobbizm Avropa ölkələrində, dünyanın inkişaf etmiş ölkələrində çox sınanmış lobbist təşkilatlar var ki, bir çox məsələlərin həllində bilavasitə iştirak edirlər».

Təşkilat rəhbəri bildirib ki, BeNiLüks Azərbaycanlıları Konqresi Avropa Birliyində akkreditə olunub, Azərbaycanla bağlı məsələləri birbaşa avropalı parlamentarların diqqətinə çatdırır: «Bizim yunan, erməni və yəhudi lobbisi gücündə sözünü deyən lobbimiz mövcuddur. Bu istiqamətdə daha cciddi addımlar atılacaq»

S.Qasımov bildirib ki, Konqres tərəfindən 2012-ci ilin dekabr ayında Niderland parlamentində Qarabağla bağlı məsələ qaldırılıb. Bundan sonra geniş müzakirələr aparılıb.
Bu xəbər oxucular tərəfindən 853 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed