22.06.2013 [13:40] - Gündəm, Sosial
Demoqraflar doğulan uşaqlar arasında qız-oğlan nisbətinə görə həyəcan təbili çalırlar
Son illər bütün dünyada doğulan uşaqların arasında qızların sayı azalır. Demoqraflar yaxın onillikdə planetdə “subay millət” yaranacağı ilə bağlı həyəcan təbili çalırlar. Yer planetinin əhalisi artıq 7 milliarda çatır. Lakin dünyaya gələn uşaqlar arasında qız oğlan nisbəti insanlığı narahat edən ən vacib problem olaraq qalır. Mövcud demoqrafik vəziyyət qadın cinsinin katostrofik həddə çatdığını göstərir.
HƏR İL DÜNYADA 160 MİLYON QIZ DOĞULMUR
Dünya statistikası göstərir ki, doğulan hər 100 qıza 104 oğlan düşür. Bəzi ölkələrdə, o cümlədən, Çin, Vyetnam, Hindistan, Bosniya, Serbiyada oğlan uşaqlarının sayı bu rəqəmdən də xeyli çoxdur. Buna səbəb kimi o göstərlir ki, əksər valideynlər ilk övladlarının oğlan olmasını istəyirlər. Ultrasəs (USM) müayinəsindən sonra qız olduğunu biləndə valideynlərin çoxu hamiləliyi dayandırmaq qərarına gəlirlər. Beləliklə, hər il dünyada 160 milyon qız doğulmadan öldürülür.
Son bir neçə ilin statistikasını izləsək, Azərbaycanda da eyni prosesin getdiyinin şahidi olarıq. Azərbaycan Respublikası Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, 2012-ci ildə ölkədə 174, 469 uşaq doğulub. Bunlardan 93, 587-i oğlan, 80, 882-i qızdır.
2011-ci ildə 94 min 696 oğlan, 81 min 376 min qız uşağı doğulub. Bu da 2011-ci ildə 13 min 320 oğlanın qızlardan çox olması deməkdir.
2010-cu ildə isə 89 min 134 oğlan, 76 min 509 qız doğulub ki, fərq 12 min 625 nəfərdir. 1935-ci ildən bu tərəfə statistikaya nəzər salsaq, görərik ki, həmişə doğulan uşaqlar arasında oğlanlar çoxluq təşkil edib. Sadəcə, oğlanlar qızlardan illər üzrə cəmi 1000-5000 nəfər çox doğulub. Məsələn, 1935-ci ildə 34 min 377 oğlan, 30 min 868 qız uşağı doğulub (fərq 3509 nəfər), yaxud 1950-ci ildə doğulan oğlanların sayı qızlardan 3784 nəfər çox olub.
1986-cı ildən başlayaraq 1997-ci ilə qədər oğlanlar qızlardan 6-7 min nəfər çox doğulub. 1998-ci ildən 2004-cü ilə qədər bu fərq 7-9 min, 2005-ci ildən isə bu fərq 10 min nəfəri ötərək 12-13 min arasında dəyişilməyə başlayıb. Bu gedişlə fərqin növbəti illərdə 15-20 mini ötəcəyini demək olar.
Mütəxəssislər son illər doğulanlar arasında oğlanların çox olmasını selektiv abortlar, yəni dölün cinsinə görə hamiləliyin süni şəkildə pozulması, ölkələrdə ailə planlaşdırmasının olmaması, ilə əlaqələndirirlər
Azərbaycan, Ermənistan və Gürcüstanda doğulan oğlanların sayı (100 qıza 112 oğlan) qızların sayını üstələyir. Artıq bəzi ölkələrdə, məsələn, Çində oğlanlar evlənmək üçün qız tapmır. Eyni problemin 20-30 il sonra Azərbaycanda da özünü göstərməyəcəyinə isə heç kim zəmanət vermir. İndiki demoqrafik vəziyyət artıq genefond üçün real təhlükələrdən xəbər verir.
USM QADAĞAN EDİLSİN!
Millət vəkili Musa Quliyevin sözlərinə görə, bu problemin həlli üçün Azərbaycanda uşağın cinsinin ultrasəs müayinəsi ilə təyin olunması qadağa edilməlidir. Bununla bağlı Mili Məclisdə qanun layihəsi müzakirəyə çıxarılsa da, hələ qanun qəbul olunmayıb. Yəni Azərbaycanda qanunvericilik abortları qadağan etmir. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunununun 30-cu maddəsində göstərilir ki, hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ var.
Yalnız cinayət məcəlləsinin 116-cı maddəsinə görə, qadını abort etdirməyə məcbur etmək cinayət məsuliyyəti yaradır.
DAXİLİ ORQANLARA QARŞI CİNAYƏT
Məlumat üçün bildirək ki, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, Çin, Əfqanıstan, İran, İraq, Yəmən kimi ölkələrdə abort qadağandır. Bu ölkələrdə abort daxili orqanlara qarşı cinayət sayılır. Yalnız uşağın anadan olması ananın həyatına təhlükə törədəcəyi təqdirdə aborta icazə var. Bəzi Avropa ölkələrində abort etdirmək üçün qadının istəyinin olması kifayət etdiyi halda, İngiltərə, Macarıstan, İslandiya, Lüksemburq və Finlandiyada aborta sosial və tibbi göstəricilər əsasında icazə verilir.
İslam dinində də, abort haram sayılır. İlahiyyatçı İsmayıl Əhmədovun ANS PRESS-ə verdiyi məlumata görə, əgər döl insan şəklini alırsa, islamda o, canlı sayılır və öldürülməsi haramdır: “İslamda yalnız bir halda aborta icazə verilir ki, bu da ananın sağlamlığı üçün real təhlükə varsa, mümkündür”.
El arasında yayılmış bir deyim də var, “Oğlan uşağı çox doğularsa, müharibə olacaq”. Gəlin Allahın istəyinə qarşı çıxmayaq ki, Allah özü bizi bütün bəlalardan hifz etsin.

Bu xəbər oxucular tərəfindən 949 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |