Şrift:
Ermənilər rus qardaşlarından üz döndərmək istəyir
24.06.2013 [12:08] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Bu haqda söhbətlər artmağa başlayıb

Rusiya rəsmi şəxslərinin Ermənistana səfərləri tezləşib. Bazar günü Ermənistan prezidenti Serj Sarkisyan Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. "Tərəflər iki ölkə arasında qarşılıqlı münasibətlərlə bağlı məsələləri geniş müzakirə ediblər", - deyə Sarkisyanın mətbuat xidmətinin məlumatında deyilir.

Baxmayaraq ki, Ermənistanın sərhədlərinin təhlükəsizliyinə heç yerdən təhdid yoxdur, görüşdə xüsusi diqqət bu Cənubi Qafqaz ölkəsinin dövlət sərhədlərinin təhlükəsizlik səviyyəsinin artırılması üzrə işlərin gedişinə ayrılmışdı. Ola bilər ki, söhbət Dağlıq Qarabağ haqqında da olub. Bu ərazilər yalançı müstəqilliyə baxmayaraq, tamamilə Ermənistan tərəfindən idarə olunur. Bu regionu və Azərbaycanın digər rayonlarını zəbt edən Ermənistan. Yerli ekspertlər Patruşevin İrəvana səfərini təkcə uzun əsrlər boyu iki ölkənin dostluq və qardaşlıq söhbətləri ilə deyil, əslində "Qazprom"un qazın qiymətini qaldırmasından sonra cəmiyyətdə yaranan anti-Rusiya mühitini sındırmaq cəhdləri ilə əlaqələndirirlər.

Bundan başqa, Rusiya görünür Ermənistanı Gömrük və Avrasiya İttifaqına tələsdirir. Xüsusən ona görə ki, bu yoxsul ölkədə tez-tez ölkənin yeni geosiyasi seçiminə dair çağırışlar səslənir. Bir çox mütəxəssis hesab edir ki, artıq böyük qardaşdan yaxa qurtarmaq və Avropaya inteqrasiya olmaq vaxtıdır. Lakin bir sıra ekspertlərin fikirncə, çətin ki, bu baş tutsun. Axı, Ermənistan bu gün bütün münasibətlərdə tamamilə şimal qonşusundan asılıdır.
Bu xəbər oxucular tərəfindən 1050 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed