24.06.2013 [16:00] - Gündəm, Mədəniyyət
Cəfər Cabbarlının Bakıdakı abidəsi təmir olunacaq
Uzun zamandır baxımsız qalan dahi dramaturq Cəfər Cabbarlının abidəsi təmir olunacaq.Təmir işlərinin aparılması üçün artıq heykəlin ətrafı hasarlanıb və qısa müddətdə burada təmir işlərinə start veriləcək. Metronun “28 May” stansiyasının yaxınlığında yerləşən Cəfər Cabbarlının abidəsinin üzərindəki yazılar belə oxunmaz hala gəlib.
Qeyd edək ki, illərdir şəhərin toz torpağında abidənin rəngi solub, ətrafına isə zir-zibil atılır. Dahi sənətkarın abidəsinə belə biganə münasibət illərdir onun ailə üzvləri kimi sadə vətəndaşları da narahat edir.
Abidə Nəsimi rayonu ərazisində yerləşdiyindən onun restavrasiyası məsələsinə də Nəsimi rayon icra hakimiyyəti aydınlıq gətirdi. Qurumdan bildirdilər ki, heykəlin ətrafının hasarlanmasına səbəb Cəfər Cabbarlı adının kiril qrafikalı əlifbanın hərfləri ilə yazılmasıdır. Restavrasiya nəticəsində dramturqun adı latın qrafikalı əlifbanın hərfləri ilə yazılıcaq. Bununla yanaşı abidənin solmuş rəngi də yenisi ilə əvəzlənəcək. Eyni zamanda abidənin yan yörəsi də abadlaşdırılacaq.

Bu xəbər oxucular tərəfindən 871 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |