Şrift:
ABŞ-da Azərbaycan günləri keçiriləcək
25.06.2013 [12:56] - Gündəm, Mədəniyyət
2014-cü ildə keçiriləcək tədbirə hazırlıq görülür



Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə olan əməkdaşlıq proqramı çərçivəsində ABŞ-ın Smithsonian İnstitutunun Asiya Mədəniyyəti Proqramı və Asiya, Avropa və Yaxın Şərq Etnologiyası bölməsinin direktoru, professor Paul Taylor Azərbaycanda səfərdədir.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfərin əsas məqsədi mərkəzlə Smithsonian İnstitutu arasında birgə reallaşdırılacaq layihələrin müzakirəsi və 2014-cü ildə ABŞ-da keçirilməsi nəzərdə tutulan Azərbaycan mədəniyyət günlərinə hazırlıqların görülməsidir.

Bir sıra dövlət qurumlarında keçirdiyi görüşlərdə Paul Teylor Azərbaycan mədəniyyəti və tarixinin təbliğ olunması məqsədilə birgə nəşrlərin hazırlanması və Smitshonian İnstitutunda müxtəlif sərgi, mühazirələrin, təqdimatların keçirilməsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Vaşınqtonda nümayəndəliyinin açılması məsələlərini müzakirə edib.

Qeyd edək ki, bu layihələr Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılır.
Bu xəbər oxucular tərəfindən 1057 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed