Şrift:
Ermənistan MTN-i azərbaycanlı casusla bağlı məlumat yaydı
25.06.2013 [14:36] - Xəbərlər
Mane Movsisyanın xidmət etdiyi dövr ərzində qarşı tərəfə hərbi xarakterli, dövlət sirri daşıyan informasiya ötürdüyü iddia olunur



Ermənistan Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın xüsusi xidmət orqanları ilə əlaqəsi olmaqda şübhəli bilinən Qapan sakinini həbs edib.“Armeniya Today” saytının verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Məlumatda bildirilir ki, 1982-ci il təvəllüdlü Mane Movsisyanın 2012-ci ilin əvvəllərində hərbi qulluğa daxil olmadan öncə Türkiyədə fəaliyyət göstərən Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə tanış olub və sonradan da onlarla yazışmaları davam etdirib.

Mane Movsisyanın xidmət etdiyi dövr ərzində qarşı tərəfə hərbi xarakterli, dövlət sirri daşıyan informasiya ötürdüyü iddia olunur. Məlumatda həmçinin qeyd olunur ki, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşı qondarma Dağlıq Qarabağ respublikasının daha iki sakinini də bu işə cəlb ediblər. Onlardan birinin qondarma respublikada yerləşdirilən Ermənistan hərbi birləşmələrinin hərbi qulluqçusu olduğu məlum olub. Hər ikisi də saxlanılıb.

Qapan sakininin günahını etiraf edib-etməməsi isə mətbuata məlum deyil.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed