Şrift:
Türkiyə mətbuatı: Azərbaycanlı iş adamı “Kanal D”-ni alır
16.11.2011 [16:58] - Gündəm
Türkiyənin media sahəsində tanınmış simalarından olan “Kanal D” telekanalı satışa çıxarılıb.

APA-nın xəbərinə görə, “derinmedya.com” saytı “Kanal D”-nin azərbaycanlı iş adamı Mübariz Mənsimov tərəfindən alınacağı barədə məlumat yayıb. Məlumatda bildirilib ki, hansısa problem çıxmasa, “Kanal D” uzaqbaşı iki aydan sonra M. Mənsimovun olacaq.
APA-nın Türkiyədəki mənbələrdən əldə etdiyi məlumata görə, həqiqətən də Aydın Doğan “Kanal D” üçün müştəri axtarır. Bu onun hazırkı maliyyə durumu və digər səbəblərlə izah olunur. Lakin hələlik ki, “Kanal D”-yə müştəri tapılmayıb. Buna səbəb A. Doğan tərəfindən kanala böyük məbləğdə pul istənilməsidir.
Bu xəbər oxucular tərəfindən 1965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed