Şrift:
Abdullah Öcalan azadlığa buraxılacaq?
27.06.2013 [11:56] - Gündəm, Türk dünyası-Turan
Almaniyanın “Die Welt” qəzetinə danışan terror təşkilatı PKK-nın Kandildəki lideri Murad Karayılan danışıqlar prosesinin üçüncü mərhələsinin tamamlanması ilə Abdullah Öcalanın da azadlığa buraxılacağını bildirib.
M.Karayılan prosesin hər kəs üçün azadlıqla nəticələnəcəyini dilə gətirib. “Öcalanın önümüzdəki dövrdə sərbəst buraxılmasınımı istəyirsiniz”,- sualına PKK lideri “Bu sülh prosesinin necə irəliləyəcəyi ilə bağlıdır. Hazırda əhəmiyyətli olan onun prosesdə aktiv rol ala bilməsi və bizim hərəkatımızla daha rahat əlaqə yaratması üçün həbsxana şəraitinin yaxşılaşdırılmasıdır. Əgər sülh prosesinin üçüncü mərhələsi tamamlanarsa, hər kəs kimi Abdullah Öcalan da azad olacaq”,- cavabını verib.
Gəzinti Parkı nümayişlərin danışıqlar prosesinə təsir etməyəcəyini ifadə edən Karayılan bildirib ki, xalqın demokratikləşmə istiqamətindəki tələblərinin kürdlərin sülh tələbləri ilə birləşdirilməsinin lazım olduğunu düşünür.
Qəzetin "Əgər nümayişlərdə AKP səs itirərək iqtidara CHP və MHP gələrsə, barış müddəti dayanarmı”,- sualına Karayılan bu şəkildə cavab verib:“Ərdoğanın rəhbərlik etdiyi AKP hökumətinin problemi özünü çox əhəmiyyətli görməsidir. Onların bu səhvindən CHP və MHP istifadə edə bilər. Türkiyədə gizli güclər, dərin dövlət var. Bu qruplar bizdə də narahatlıq yaradır. Əgər bu oyuna müdaxilə etsələr, o halda proses mənfi təsirlənə bilər. Buna görə də AKP baxışını dəyişdirməlidir”.
M.Karayılan müstəqil dövlət yaradılmasının gündəmlərində olmadığını, amma “demokratik konfederalizm” istədiklərini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed