Şrift:
Xaricdə oxumaq istəyənlərin nəzərinə!
27.06.2013 [12:57] - Gündəm, Gənclik
Xarici ölkələrə tələbə qəbulunu həyata keçirən şirkətlər Təhsil Nazirliyində akkreditasiyadan keçmir
Xarici ölkələrə tələbə qəbulunu həyata keçirən şirkətlər Təhsil Nazirliyində akkreditasiyadan keçmir. Bu cür şirkətlərin Təhsil Nazirliyinin adından istifadə etmələri onların qanun qarşısında məsuliyyətini yaradır və nazirlik bu halda müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq hüququna malikdir.Təhsil Nazirliyi xəbər verir ki, Rusiya və Ukraynada ali təhsil alan Azərbaycan vətəndaşlarının ali təhsil haqqında sənədlərinin tanınması məsələsinə gəlincə, əgər tələbə təhsil aldığı ölkənin qanunları çərçivəsində ali məktəbə qəbul olunubsa və ali təhsil müəssisəsi həmin ölkə tərəfindən tanınırsa, o zaman müraciət edən şəxsin ali təhsil haqda sənədləri müvafiq qaydada nostrifikasiya prosedurları keçdikdən sonra ölkə ərazisində tanınacaq.
Bu xəbər oxucular tərəfindən 1127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed