Şrift:
Əsgərlərimiz bu qidaları yeyir (SİYAHI)
27.06.2013 [13:13] - Hərb
Bu ərzaq payı normaları Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarı əsasında müəyyənləşdirilib

Bu ilin əvvəlindən Azərbaycan Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün yeni ərzaq payı normaları tətbiq edilir. Bu ərzaq payı normaları Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarı əsasında müəyyənləşdirilib.

Qərarda bildirilir ki, ümumqoşun ərzaq payı normaları üzrə dövlət hesabına aşağıdakı şəxslər təmin edilirlər.

- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin generalları, zabitləri , gizirləri, miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, çavuşları və əsgərləri;

- Toplanışa çağırılmış hərbi vəzifəlilər;

- Aerodromlarda daimi işləyən və uçuş aparatlarına xidmət edən hərbi qulluqçular (uçuş heyəti istisna olmaqla);

- İntizam xarakterli hərbi hissədə cəza çəkən və intizam qaydalarında həbs olunaraq, qarnizon hauptvaxtlarında saxlanılan hərbi qulluqçular;

- Ali və orta ixtisas və tam orta təhsil müəssisələrində hərbi hazırlıq keçmək üçün toplanışlara (təcrübə keçməyə) çağırılmış tələbələr, kursantlar, şagirdlər və hərbi vəzifəlilər toplanışda (təcrübədə) olduqları müddətdə;

- Silahı Qüvvələrin ehtiyat zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarında təhsil alan şəxslər - gəldikləri gündən həqiqi hərbi xidmətə daxil olduqları günə qədər olan müddətdə;

- Orkestrlərin musiqiçi şagirdləri;

- Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzə Dövlət Xidmətinin yerli qurumu tərəfindən hərbi hissələrə göndərildiyi gündən müvafiq qaydada şəxsi heyətin siyahılarına daxil edildiklərinə qədər olan müddətə;

- mayakların, radiomayakların, naviqasiya avadanlığı vasitələri qruplarının, radionaviqasiya və hidrometeorologiya stansiyalarının(məntəqələrinin) və Hərbi Dəniz Qüvvələrinin əmək və məişət şəraiti xüsusi ilə çətin olan digər sahil naviqasiya avadanlığı obyektlərinin mülki xidmət heyəti.

Ümumqoşun ərzaq payı normasından başqa, yuxarəda adları sadalanan hərbçilərə həm də aşağıdakı normalara uyğun olaraq əlavə ərzaq payı da verilir:

- Döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçulara- 15 qr. kərə yağı, 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək;

- Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara -20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək, 15 qr. kərə yağı və 1500 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara -20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək, 15 qr. kərə yağı, 20 qr qatılaşdırılmış şəkərli süd

- Daimi olaraq aerodromlarda, poliqonlarda , texniki və start mövqelərində uçuş aparatlarına bilavasitə xidmət edən zabit , gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına 50 qr. ət və 20 qr. Pendir;

- Təmənnasız qan verən donorlara (qan verdikləri gün) 45 qr. şokolad , 200 qr. təbii meyvə və giləmeyvə şirəsi , 50 qr. Peçenye;

- İonlaşdırıcı şüalanmaların orqanizmə təsiri şəraitində və tərkibində zəhərli komponentlər olan yanacaqla işləyən (xidmət edən) hərbi qulluqçulara -50 qr. ət ,30 qr. kərə yağı, 100 qr. inək südü və 20 qr. Pendir;

- Xdmət vəzifələrini yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə birdəfəlik maddi yardım: 45-50 kq. düyü, 45-50 kq. şəkər tozu, 3 kq. çay, 20-25 kq. kərə yağı, 45-50 kq. 1-ci növ un;

- İş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faiz həcmində əlavə ərzaq payı.

Azərbaycan Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ümumqoşun ərzaq payı NORMALARI

Əsgərlərimiz bu qidaları yeyir (SİYAHI)
Bu xəbər oxucular tərəfindən 1048 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed